ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





31 MART SOYQRIM GÜNÜ

Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan 1918 – ci ilin 31 – mart hadisələri hər il olduğu kimi kollecdə böyük ehtiramla yad olundu.


Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan  1918 – ci ilin 31 – mart hadisələri hər il olduğu kimi kollecdə böyük ehtiramla yad olundu. Dərslərdə fənn müəllimləri tərəfindən vətənpərvərlik və tarixi mövzularda söhbətlər  aparılmış, qruplar arasında diskussiyalar təşkil olunmuşdu.

Martın 30 – da isə kollecin H.Əliyev  ideoloji  mərkəzində  “31 Mart soyqrımının tarixi yaddaşımızda yeri” mövzusunda elmi – nəzəri konfrans keçirildi. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov tarixi yaddaşımızda xüsusi yeri olan hadisələrin  daima xatırlanmalı və öyrənilməli olduğunu  qeyd etdi. Bildirdi ki, 1918  - ci ilin 31 mart soyqırımı tarixinin ən qanlı hadisələrindən  biridir.  Əyyub müəllim  xüsusi vurğuladı  ki, onilliklər boyunca bu faciənin  düzgün tarixi və siyasi  qiymətini almaması XX əsrin sonunda alovlanmış milli münaqişəyə  mənəvi – ideoloji cəhətdən  hazırlıqsız  olmağımızla  nəticələnmişdir. Ümummilli liderimiz H.Əliyev tarixi fərmanı ilə 31 mart soyqırımının ciddi tədqiqinin başlandığını  və bu baxımdan elm və təhsil  işçilərinin qarşısında mühüm vəzifələrin durduğunu qeyd etdi. Konfransda kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubov “ Qafqazda erməni terrorunun  yaranması və onun 1918 – ci ildə dörətdiyi faciələr”, müəllimlər Ceyhun Abdullayev “1918 – ci ildə daşnaqların  Zəngəzurda  və Qarabağda  törətdiyi  cinayətlər”, Çinarə Abdullayeva “ Ermənilərin 1918 – ci ilin martında  Bakı, Şamaxı və Qubada törətdikləri  kütləvi qırğınlar”, Eldar Dərişov “Ulu Öndər H.Əliyevin azərbaycanlıların  31 Mart soyqırımının  bəşəriyyətə tanıdılmasında  xidmətləri” mövzusunda məruzələrlə çıxış etdilər.

Tədbirin rəsmi hissələrindən sonra ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmışelmi -  bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.


 
Əlavə edilmə tarixi: 08.04.2015   |   Baxılma sayı: 857

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci