ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir şəhərində keçirilən Novruz bayramında kollecin iştirakı

Martın 18-də Mingəçevirdə keçirilən möhtəşəm Novruz şənliyində MTK-nın kollektivi özünün fəal iştirakı ilə yadda qaldı.


  

          Martın  18-də  Mingəçevirdə  keçirilən  möhtəşəm  Novruz  şənliyində  MTK-nın  kollektivi  özünün  fəal  iştirakı  ilə  yadda  qaldı. Bayram   tədbirinin  təşkil  olunduğu  S.Vurğun  adına  şəhər  parkında  kollecin  bayram  hazırlıqlarının  nümayişi  üçün  geniş  sahə  ayrılmışdı. Kollecin  emblemlərinin  təsvir  olunduğu  stendlərlə  əhatə  olunan  bu  hissədə  Su  çərşənbəsinə  həsr  olunmuş  ayrıca  guşə  də  qurulmuşdu. Stendlərin  qarşısına  döşənmiş  xalılar  üzərində  isə  şöbələr  və  fənn  birlikləri  tərəfindən  hazırlanmış  çoxsaylı  bayram  xonçaları  və  səmənilər  düzülmüşdü. Burada  həmçinin  kollecin  istedadlı  tələbələrinin  Novruz  bayramına  həsr  etdikləri  əl  işləri də  nümayiş  olunurdu. Eyni  zamanda  milli  təsərrüfat  ənənələrimizi  əks  etdirən  qədim  məişət  alətlərindən  ibarət  balaca  bir  sərgi  də  qurulmuşdu. Bədii  özfəaliyyət  qrupunun  fəalları  improvizə  olunmuş  səhnəcikləri, idmançı  tələbələr  isə  milli  idman  oyunlarının  elementlərini  nümayiş  etdirirdilər.

          Milli  geyimli  tələbələr  kollecin  Novruz  guşəsi  ilə  tanış  olan  Mingəçevir  şəhər  icra  hakimiyyətinin   başçısı  Niyazi  Bayramovu  təbriklərlə  qarşıladılar  və  onu  şərbətə  qonaq  etdilər. Cənab  Niyazi  Bayramov  kollecin  kollektivinin  Novruz hazırlıqlarindan  məmnun  olduğunu  bildirdi. Cənab  başçı  professor  Əyyub  Əyyubov  başda  olmaqla MTK  kollektivini  Novruz  bayramı  münasibəti  ilə  təbrik  etdi  və  xoş  arzularını  çatdırdı.

          Mingəçevir  şəhərində  keçirilən  Novruz  şənlikləri  şəhərin  incəsənət  ustalarının  ifasında  musiqi  nömrələri  ilə  davam  etdirildi.


 
Əlavə edilmə tarixi: 19.03.2015   |   Baxılma sayı: 964

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci