ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Novruz Bayramı

Xalqımızın ən əziz milli bayramı olan Novruz Mingəçevir Turizm Kollecində həmişə olduğu kimi böyük təntənə ilə qeyd olundu


Xalqımızın ən əziz  milli bayramı olan Novruz Mingəçevir Turizm Kollecində həmişə olduğu kimi böyük təntənə ilə qeyd olundu Tədris konfransının stend və guşələri  Bahar  bayramına  həsr olunmuş  divar qəzetləri  ilə bəzədilmişdir. İxtisas qrupları arasında Novruz bayramı  münasibəti ilə futbol yarışı təşkil olunub keçirilmişdir.

Martın 17 – də isə tədris  korpusunun qarşısındakı ərazidə pedaqoji heyyətinin və bütün tələbə kontingentinin iştirakı ilə təntənəli bayram şənliyi keçirildi.

Tədbir öz fəaliyyət qrupunun fəal üzvü olan Lamiyyə Səmədovanın ifasında səslənən” Novruz Bayramınız Mübarək olsun”  nəğməsi ilə açıldı. Sonra təbrik üçün Kollecin direktoru, Profestor Ə. Əyyubova  söz verildi.  Əyyub müəllim şənlik iştirakçılarını salamlayaraq hamını Bahar bayramı münasibəti ilə təbrik etdi. Novruzun gəlişini xalqımız və dövlətimiz üçün uğurlu olmasını arzuladı.

Kollecin Həmkarlar Təşkilatının sədri İbrahim Əyyubovun təbrikləridə tədbir iştirakçılarının ürəyincə oldu. Çıxışlar arasındakı fasilələrdə bədii özfaliyyət qrupunun hazırladığı maraqlı bədii – müsiqili nömrələr bir birini əvəz edirdi. Rövşən Bəşirovun və Günel Hüseynovanın ifasında Baharın gəlişinə həsr olunmuş  şux mahnılar maraqla qarşılandı. Rövşən və Lamiyyənin birlikdə ifa etdiyi xalq mahnılarından ibarət popuridə bayrama xüsusi rəng qatdı. Rəqs qrupunun üzvləridə bir – birindən maraqlı nömrələrlə bayrama hazırlaşmışdılar. Yallı rəqsi oğlanların ifasında şən rəqs həmçinin, modern rəqs tədbir iştirakçılarının alqışlarını qazandı.

Dədə Qorqudun və Bahar qızının təbrikləri, Novruz bayramının ənənəvi  personajları olan Keçəl və Kosanın məzəli çıxışlarıda maraqla qarşılandı. Bədii özfəaliyyət qrupunun hazırladığı səhnəciyi, idmançı tələbələrin ifasında Dirədöymə oyunuda alqışlara səbəb oldu. Bayram Tədbiri Novruz tonqalı ətrafında kollektiv rəqslə başa çatdı. 


 
Əlavə edilmə tarixi: 18.03.2015   |   Baxılma sayı: 841

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

Fənn birləşmələri və kabinet müdirləri ilə keçirilən müşavirələr.

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci