ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Dövlət Dram Teatrında Mingəçevir Turizm Kollecininin 10 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirildi.

Nəhayət teatrin böyük salonunda Mingəçevir Turizm Kollecinin fəaliyyətə başlamasının on illik yubileyinə həsr olunmuş rəsmi tədbir öz işinə başladı.


Mingəçevir Dövlət Dram Teatrında Mingəçevir Turizm Kollecininin 10 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirildi.

           Nəhayət teatrin böyük salonunda Mingəçevir Turizm Kollecinin fəaliyyətə başlamasının on illik yubileyinə həsr olunmuş rəsmi tədbir öz işinə başladı.İştirakçıları salamlayan Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov kollektiv üçün belə bir əlamətdar təqvimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi və digər mötəbər qonaqları sıralarında gördüklərindən xoşbəxt hisslər yaşadıqlarını etiraf etdi.Təhsilə,turizmin inkişafına göstərdiyi əməli dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla Mədəniyyət və Turizm nazirliyi və Mingəçevir İcra Hakimiyyəti aparatına təşəkkür etdiklərini bildirdi.Eyni zamanda dövlət başçısı ,ali baş komandan cənab İlham Əliyevə torpaqlarımızın azad olunması  naminə son uğurlu döyüş əməliyyatlarında  verdiyi cəsarətli qərarlara görə də kollektiv adından minnətdarlıq ifadə olundu.

     Turizm ininkişafı üçün hələ ulu öndər Heydər Əliyevin  siyasi  hakimiyyəti dönəmlərində ciddi zəmin hazırlandığını qeydedən Əyyub Əyubov bu sahənin inkişafına prezident cənab İlham Əliyevin təşəbbüsü ilə daha böyük önəm verildiyini bildirdi. O cümlədən ,TurizmKollecinin yaradılmasınıda bu  xidmətlərin bir nümunəsi adlandırdı. İndiyədək 5 mindən artıq kollec məzununun  ixtisası üzrə turizm ,mədəniyyət və digər sahələrdə çalışdığını  bəyan edən ünlü elm adamı kollektivin bundan sonrada təhsilin və turizmin inkişafına töhfə verəcəyini iştirakçıların diqqətinə çatdırdı.

   Ardınca çıxış edən nazir Əbülfəs Qarayev cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin turizm sahəsində çoxsaylı yeniliklərin tətbiq olunduğunu qeyd edərək  artıq Azərbaycanın sevilən turizm məmləkətinə çevrildiyini bildirdi. Bu mənada haqqında danışılan inkişafa Turizm Kollecinin onil ərzində ciddi töhfələr verdiyini iştirakçıların diqqətinə çatdırdı. Kollecdə tətbiq olunan müasir tədris yeniliklərindən bəhs edən nazir bu kollektivin daha böyük başarılar əldə edəcəyinə əminlik vurğuladı və bu yolda kollektivə uğurlar arzuladı. Daha sonra çıxışedən Mingəçevir  şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov və Azərbaycan Turizm və Menecment  Unversitetinin rektoru professor Cəfər Cəfərovda Turizm Kollecinin dinamik üstünlüklərindən, tədris və təlim prosesində əldə etdiyi naliyyətlərdən  danışıb istək və arzularını paylaşdı. Ardınca nazir Əbülfəs Qarayev on yaşı münasibətilə qazandığı uğurlara görə Turizm Kollecinə Fəxri-fərman təqdim etdi. Eyni zamanda kollecin direktoru professor Əyyub Əyyubovun  60 illik yubileyi və Turizm təhsili sahəsində çoxillik əmək fəaliyyətinə və Mingəçevir Turizm Kollecininin kişafında xidmətlərinə görə Fəxri-fərmanla mükafatlandırdı.  Həmçinin ünlü elmadamının nüfuzlu  Fəxri Turizm işçisi adına layiq görüldüyünü elan edərək müvafiq sənəd və medalı ona Əyyub Əyyubova təqdim etdi.   Şəhər rəhbərliyi adından Niyazi Bayramov da kollektivi və kollektivin bir qrup fəaləm əkdaşını  xüsusi diplomlarla mükafatlandırdı.  Professor Cəfər Cəfərov rəhbərlik etdiyi kollektiv adından   Turizm Kolleci rəhbərinə xalça bağışladı Tədbirdə Respublika Təhsil Nazirliyinin yubiley münasibətilə kollec kollektivinə ünvanladığı təbrik məktubu oxundu. Kollecin  direktoru da daxili əmrlə mükafatlandırılan pedaqoq vətələbələrin adlarını açıqladı. Nəhayət, Zərdabi Mətbut Mərkəzi adından Mərkəzin direktoru Rəhim Hüseynzadə çıxış edərək professor Əyyub Əyyubovun ziyalı, alim və rəhbər keyfiyyətlərindən danışaraq Turizm sektoru üçün çoxsaylı kadrların hazırlığındakı xidmətlərinə, bu təhsil ocağının on illik yubileyinə və media ilə sıxəlaqələrinə görə  onu  xüsusi diplomla mükafatlandırdı.  0n yaşlı kollecin  və  60 yaşlı direktor Əyyub Əyyubovun yubiley günü mübarək olsun- dedi. Rəhim Hüseynzadə həmçinin kolleclə birgə turizmin təbliği məqsədilə həyata keçirdikləri layihədən danışıb  məqsədlərini açıqladı. Bundan sonra  layihə çərçivəsində Mingəçevirin ali, orta-texniki və ümum təhsil məktəbləri arasında keçirilmiş   “Azərbaycan Turizm Diyarıdır” adlı inşa müsabiqəsinin mükafatçılarına diplom və qiymətli hədiyyələr təqdim olundu.

 Qeyd edək ki, yubiley tədbirinə xüsusi önəm verən hallardan biridə o idiki, təntənələrdə xeylisayda kollec məzunui ştirak edirdi. Onların  adından Babək Isakovun çıxışı alqışlarla qarşılandı. Digər bir məzun isə hazırda çalışdığı Qızıl Aypara Cəmiyyəti adından yubiley  təsisatlarını kollecin rəhbərinə və əməkadaşlarına təqdimetdi.

 Bundan sonra yubiley tədbirinin bədii hissəsinə baxış keçirildi. Tədbir iştirakçıları biri-birindən maraqlı  bayram proqramına tamaşaetdi. Turizm Kollecinin istedadlı tələbələri buradada nəyə qadır olduqlarını yüksək həvəs və bacarıqla iştirakçılara nümayiş etdirdi.. Bir sözlə  yubileyə toplaşmış çox sayda iştirakçıun udulmaz anlar yaşayıb, tədbirdən zəngin təəssüratlarla ayrıldı. 


 
Əlavə edilmə tarixi: 21.05.2016   |   Baxılma sayı: 534

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il öıkə paytaxtında düzənlənən Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə maraq daha da artır.Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin,həmçinin şirkət və müəssisələrin hüdudları yeni coğrafiyalara uzanır.

Mingəçevir Turizm Kollecinin “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni ili qeyd etdi.

Beynəlxalq Turizm Sərgisi
Bakıda Beynəlxalq Turizm Sərgisi keçirildi

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

Müəllimlər günü
5 Oktyabr “Müəllimlər günü” respublikamzın bütün tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də hər il böyük ruh yüksəkliyi ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci