ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mədəniyyətvə Turizm naziri cənab Əbülfəs Qarayev Mingəçevir Turizm Kollecini ziyarət etdi.

Azərbaycanda Turizmin inkişafına son on ildə önəmli töhfələr vermiş Mingəçevir Turizm Kolleci təntənəli silsilə tədbirlərlə fəaliyyətə başlamasının on illik yubileyini bayram etdi. Həm də mötəbər qonaqların iştirakı ilə.


   Öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Mingəçevir şəhər Icra Hakimiyyəti başçısının müşayəti ilə Turizm Kollecini ziyarət etdi.Ardınca rəsmi  qonaqların iştirakı ilə  kollecin maddi –texniki bazası  və  tədris-təlim şəraitinə baxış keçirildi.Mötəbər qonaqlara Turizm Kollecinin yaranma zərurəti,əldə edilən uğurlar və perspektivlər barədə məlumat verən Mingəçevir Turizm kollecinin direktoru ,iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov  rəhbərlik etdiyi təhsil müəssisəsinin cənab prezident İlham Əliyevin Sərancamı əsasında Respublika Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı  qərarı ilə yaradıldığını xatırladaraq  -bu təhsil ocağı prezidentimizin dəyərli əsərlərindən biridir- dedi.Təhsil ocağının dəhliz və audutoriyalarını gəzib dolaşan qonaqlara informasiya guşələri ,kollecin beynəlxalq  əlaqələrini əks etdirən foto stendlər,informatika kabinetləri,müasir tədris lobaratoriyaları və digər tədris vasitələri nümayiş etdirilərək belə bir texniki təminat içində  tələbələr üçün  təhsil almağın çox rahat olduğu bildirildi.Əbülfəs Qarayev  bəzi audutoriyalarda pedaqoq və tələbələrlə həmsöhbət olaraq onların bilik və bacarığını belə demək mümkünsə test etdi.Özünün də  hər kəsə etiraf etdiyi kimi həm  kollecin tədris imkanlarından,həm də pedaqoq və tələbələrin hazırlıq səviyyəsindən razı qaldığını bildirdi.Zaman-zaman professor Əyyub Əyyubov nazirin maraqlarına uyğun sorulara aydınlıq gətirdi.O cümlədən test hazırlıq şöbəsində bütün proseslərin şəffaf şəkildə təmin olunduğu barədə ətraflı məlumatlar çatdırıldı.

         Kollecdə keçirdiyi görüşün sonunda nazir Əbülfəs Qarayev tədbiri işıqlandıran çox sayda media nümayəndəsinin sorularına cavab verdi.

        Rəsmi  qonaqların  üz  tutduğu  növbəti  ünvan  Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

         Daha sonra  tədbir iştirakçıları Mingəçevir Dövlət Dram Teatrında kollec tələbələrinin əl işlərindən ibarət yubiley sərgisinə baxış keçirdi.Nazir Əbülfəs Qarayev gördüklərindən məmnun qaldığını etiraf etdi.Hətta, kollec rəhbərliyi tərəfindən rəsm əsərlərindən biri cənab nazirə xatirə olaraq hədiyyə edildi.

           Nəhayət teatrin böyük salonunda Mingəçevir Turizm Kollecinin fəaliyyətə başlamasının on illik yubileyinə həsr olunmuş rəsmi tədbir öz işinə başladı.İştirakçıları salamlayan Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov kollektiv üçün belə bir əlamətdar təqvimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi və digər mötəbər qonaqları sıralarında gördüklərindən xoşbəxt hisslər yaşadıqlarını etiraf etdi.Təhsilə,turizmin inkişafına göstərdiyi əməli dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla Mədəniyyət və Turizm nazirliyi və Mingəçevir İcra Hakimiyyəti aparatına təşəkkür etdiklərini bildirdi.Eyni zamanda dövlət başçısı ,ali baş komandan cənab İlham Əliyevə torpaqlarımızın azad olunması  naminə son uğurlu döyüş əməliyyatlarında  verdiyi cəsarətli qərarlara görə də kollektiv adından minnətdarlıq ifadə olundu.

     Turizmin inkişafı üçün hələ ulu öndər Heydər Əliyevin  siyasi  hakimiyyəti dönəmlərində ciddi zəmin hazırlandığını qeyd edən Əyyub Əyubov bu sahənin inkişafına prezident cənab İlham Əliyevin təşəbbüsü ilə daha böyük önəm verildiyini bildirdi. O cümlədən ,Turizm Kollecinin yaradılmasını da bu  xidmətlərin bir nümunəsi adlandırdı.İndiyədək 5 mindən artıq kollec məzununun  ixtisası üzrə turizm,mədəniyyət və digər sahələrdə çalışdığını  bəyan edən ünlü elm adamı kollektivin bundan sonra da təhsilin və turizmin inkişafına töhfə verəcəyini iştirakçıların diqqətinə çatdırdı.

   Ardınca çıxış edən nazir Əbülfəs Qarayev cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin turizm sahəsində çoxsaylı yeniliklərin tətbiq olunduğunu qeyd edərək  artıq Azərbaycanın sevilən turizm məmləkətinə çevrildiyini bildirdi.Bu mənada haqqında danışılan inkişafa Turizm Kollecinin on il ərzində ciddi töhfələr verdiyini iştirakçıların diqqətinə çatdırdı.Kollecdə tətbiq olunan müasir tədris yeniliklərindən bəhs edən nazir bu kollektivin daha böyük başarılar əldə edəcəyinə əminlik vurğuladı və bu yolda kollektivə uğurlar arzuladı.Daha sonra çıxış edən Mingəçevir  şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov və Azərbaycan Turizm və Menecment  Unversitetinin rektoru professor Cəfər Cəfərov da Turizm Kollecinin dinamik üstünlüklərindən, tədris və təlim prosesində əldə etdiyi naliyyətlərdən  danışıb istək və arzularını paylaşdı.Ardınca nazir Əbülfəs Qarayev on yaşı münasibətilə qazandığı uğurlara görə Turizm Kollecinə Fəxri-fərman təqdim etdi.Eyni zamanda kollecin direktoru professor Əyyub Əyyubovun  60 illik yubileyi və Turizm təhsili sahəsində çoxillik əmək fəaliyyətinə və Mingəçevir Turizm Kollecinin inkişafında xidmətlərinə görə Fəxri-fərmanla mükafatlandırdı.  Həmçinin ünlü elm adamının nüfuzlu  Fəxri Turizm işçisi adına layiq görüldüyünü elan edərək müvafiq sənəd və medalı ona Əyyub Əyyubova təqdim etdi.

     Şəhər rəhbərliyi adından Niyazi Bayramov da kollektivi və kollektivin bir qrup fəal əməkdaşını  xüsusi diplomlarla mükafatlandırdı.  Professor Cəfər Cəfərov rəhbərlik etdiyi kollektiv adından   Turizm Kolleci rəhbərinə xalça bağışladı Tədbirdə Respublika Təhsil Nazirliyinin yubiley münasibətilə kollec kollektivinə ünvanladığı təbrik məktubu oxundu.Kollecin  direktoru da daxili əmrlə mükafatlandırılan pedaqoq və tələbələrin adlarını açıqladı.Nəhayət, Zərdabi Mətbut Mərkəzi adından Mərkəzin direktoru Rəhim Hüseynzadə çıxış edərək professor Əyyub Əyyubovun ziyalı,alim və rəhbər keyfiyyətlərindən danışaraq Turizm sektoru üçün çoxsaylı kadrların hazırlığındakı xidmətlərinə,bu təhsil ocağının on illik yubileyinə və media ilə sıx əlaqələrinə görə  onu  xüsusi diplomla mükafatlandırdı. 0n yaşlı kollecin  və  60 yaşlı direktor Əyyub Əyyubovun yubiley günü mübarək olsun- dedi. Rəhim Hüseynzadə həmçinin kolleclə birgə turizmin təbliği məqsədilə həyata keçirdikləri layihədən danışıb  məqsədlərini açıqladı.Bundan sonra  layihə çərçivəsində Mingəçevirin ali,orta-texniki və ümumtəhsil məktəbləri arasında keçirilmiş  Azərbaycan Turizm Diyarıdır adlı inşa müsabiqəsinin mükafatçılarına diplom və qiymətli hədiyyələr təqdim olundu.

 Qeyd edək ki, yubiley tədbirinə xüsusi önəm verən hallardan biri də o idi ki, təntənələrdə xeyli sayda kollec məzunu iştirak edirdi.Onların adından Babək isakovun çıxışı alqışlarla qarşılandı.Digər bir məzun isə hazırda çalışdığı Qızıl Aypara Cəmiyyəti adından yubiley  təsisatlarını kollecin rəhbərinə və əməkadaşlarına təqdim etdi.

 Bundan sonra yubiley tədbirinin bədii hissəsinə baxış keçirildi.Tədbir iştirakçıları biri-birindən maraqlı  bayram proqramına tamaşa etdi.Turizm Kollecinin istedadlı tələbələri burada da nəyə qadır olduqlarını yüksək həvəs və bacarıqla iştirakçılara nümayiş etdirdi..Bir sözlə  yubileyə toplaşmış çox sayda iştirakçı unudulmaz anlar yaşayıb, tədbirdən zəngin təəssüratlarla ayrıldı. 


 
Əlavə edilmə tarixi: 21.05.2016   |   Baxılma sayı: 674

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci