ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans.

Ənənəvi olaraq Mingəçevir Turizm Kollecinin kollektivi müasir Azərbaycan dövlətçiliyinin qurucusu ümummilli lider Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyəti və xidmətləri lə bağlı olan milli tarixi təqvimləri təhsil müəssisəsinin adına və nüfuzuna layiq olan tərzdə silsilə məzmunlu tədbirlərlə qeyd edir.


Çünki , sayılı günlər sonrası  fəaliyyətinin onuncu dönəmini bayram etməyə hazırlaşan  kollektiv ötən illər ərzində  özünü birmənalı olaraq  cəmiiyətə ulu öndərin  siyasi kursuna  sədaqətlə bağlı olan bir kollektiv olaraq təqdim edib.Bu mənada dahi şəxsiyyətin anadan olmasının 93-cü ili ərəfəsinə təsadüf edən günlərdə pedaqoq  və tələbələr   təhsil müəssisəsində təşkil  olnmuş dəyrimi masalarda,bilik yarişmalarında ,fənn  birliyi komissiyalarında həyata keçirilmiş müzakirələrdə, inşa və rəsm müsabiqələrində özlərini  növbəti dəfə ən yaxşı tərəfdən göstərmək üçün yüksək fəallıq nümayiş etdirib.

Nəhayət ki, tədbirlər silsiləsi zirvə nöqtəsinə yetişdi və “ Ulu  öndər Heydər Əliyevin xalqımız və vətənimiz  qarşısında xidmətləri əvəzsizdir  “ adlı  elmi-nəzəri konfransla  Turizm Kollecinin kollektivi  dahi şəxsiyyətin əməllərindən və tarixi  xidmətlərindən danışaraq əziz xatirəsini andı.Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  öncə Azərbaycan dövlətçiliyi naminə fədakar ömür yaşamış ulu öndər Heydər Əliyev başda olmaqla bu dövlətin amalları uğrunda canını fəda etmiş  cəmi Azərbayacan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etdi.Ardınca çıxışına davam edən ünlü elm adamı  dahı şəxsiyyətin ömür səlnaməsinə ziyalı yorumları ilə işıq saldı. Qeyd etdi ki, ümummili lider bizlərə azad,sabit,güclü və daima inkişafa meylli olan bir dövlət əmanət etdi. Biz  hər sahədə bacardığımızı və üzərimizə düşənləri layiqincə icra etməklə,dövlətimizə,xalqımıza,  bütöv anlamda ifadə etsək Heydər Əliyev ənənələrinə  sədaqətimizi əməli fəaliyyətimizlə  sübut etmiş olarıq –dedi.Professor onu da əlavə etdi ki,Heydər Əliyev  özündən sonra xalqını   güclü bir liderin –prezident İlham Əliyevin rəhbərliyinə etibar etməklə  çox böyük tarixi xidmətlərindən birini gerçəkləşdirmiş oldu.

Daha sonra konfransda digər məzmunlu məruzələr dinlənildi. Pedaqoqlar Çingiz Nəbiyev,İradə Cəfərova,Ceyhun Abdullayev və  Aynurə Abbasova  müvafiq olaraq  “  Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan uğurla inkişaf edir“,” Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi  qorunub  saxlanılır “,” Ulu öndər Heydər Əliyevin diplomatiya məktəbinin beynəlxalq münasibətlər sistemində yeri “ və “  Heydər  Əliyevin dövlətçilik siyasəti Azərbaycan Respublikasının prezidenti Ilham Əliyev tərəfindən uğurla davam etdirilir “ mövzularında çıxış edərək maraqlı fikirlər səsləndirdi.

 Konfransa yekun vuran professor Əyyub Əyyubov  bəyan etdi ki,  illər əsrlər keçsə də Heydər Əliyev ismi tarixi şəxsiyyət olaraq dillər əzbəri olacaq.Xalq heç zaman həyatını xalqının və dövlətinin firavan gələcəyinə həsr etmış dəyərli övladını unutmayacaq dedi.


 
Əlavə edilmə tarixi: 10.05.2016   |   Baxılma sayı: 416

                        

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci