ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində -Turizim-mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminar

Mingəçevir Turizm Kollecində Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin iş planına müvafiq olaraq regionlarda mədəniyyət sahəsi üzrə ixtisaslaşmış KİV nümayəndələri ilə seminarlar çərçivəsində”Turizim-mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminar ,habelə Mərkəzin rəsmi saytının facebook səhifəsinin təqdimatı keçirildi.


Mingəçevir şəhər Mədəniyyət və Turizm  şöbəsinin nümayəndələrinin, Mingəçevir Turizim Kollecinin rəhbərliyi və tələbə heyətinin ,regionun KİV nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə həmçinin Mərkəzin rəsmi saytı təqdim olundu.Məqsəd mədəniyyətimizin təbliğində regional KİV nümayəndələrilə sıx əməkdaşlığın  yaradılması,genişləndirilməsi və gənclərin mədəniyyətimizə daha yaxın olub onun fəal təbliğatçısı olmasına nail olmaqdır.

  Tədbiri giriş sozü ilə açıq elan edən  Mingəçevir Turizm Kollecinin direktoru  iqtisad elmləri doktoru ,professor  Əyyub Əyyubov Azərbaycanda  turizm sahəsinin inkişafı naminə qarşıda duran vəzifə və məqsədlərlə bağlı  düşüncələrini paylaşdı. Eyni zamanda on illik yubileyini  keçirməyə hazırlaşan doğma kollektivi, bu təhsil ocağinin mövcu naliyyətləri və perspektivləri barədə qonaqlara ətraflı məlumat verdi.

 Tədbir zamanı mövzu ətrafında Mingəçevir Turizm Kollecinin rəhbərliyi, respublikanın və şəhərin tanınmış KİV nümayəndələri, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev və digər əməkdaşlar çıxış etdi.

 Təqdimat mərasimində istifadəyə verilən Mərkəzin saytı  və  facebook  səhifəsinin xəbərlərindən faydalanmaqdan,əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, müasir dövrün milli  irsimizi,mədəniyyətimizi əlverişli şəkildə təbliğ edib ictimaiyyətə çatdırılımasında internet resurslarının əhəmiyyətindən danışıldı.

 Tədbir zamanı seminar ətrafında fikir mübadiləsi və tələbələrin iştirakı ilə interaktiv nümayiş keçirildi. Fərqlənən tələbələrdən beş nəfərinə fəxri fərman,digərlərinə isə xüsusi sertifikatlar təqdim olundu.

  Tədbirin sonunda Mərkəzin direktoru tərəfindən Mingəçevir Turizm Kollecinin rəhbərliyinə tədbirin keçirilməsində yaratdığı şəraitə görə təşəkkürnamə məktubu oxundu, fəal əməkdaşlığa görə bir qrup  KİV  nümayəndəsi  Mərkəz tərəfindən mükafatlandırıldı.


 
Əlavə edilmə tarixi: 06.05.2016   |   Baxılma sayı: 1007

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci