ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

Mingəçevir Turizm Kollecində Qanlı 20 yanvar faciəsinin 25 – ci ildönümü münasibəti ilə anım tədbiri keçirildi.


        Yüksək səviyyəli  müasir tədris üsulları  və təlim intizamı  sayəsində davamlı olaraq nailiyyətlərə imza atan çoxminli  və  ünlü  təhsil ocağı  olan Mingəçevir Turizm Kolleci ölkənin elm-təhsil məkanında indiyədək formalaşmış imicini  günbə-gün daha da möhkəmləndirir. Hətta zaman – zaman uğurların coğrafiyası ölkə hüdudlarından kənara-uzaqlara belə uzanır. Məsələ burasındadır ki, yalnız yüksək səviyyəli peşəkar kadr hazırlığı missiyası ilə kifayətlənməyən təhsil ocağı , həm də  elinə, obasına yararlı ola biləcək zəngin dünya görüşlü  vətəndaş yetişdirilməsi məsələsinə  də  prioritet  vəzifə  kimi yanaşmaqdadır. Bunun bir göstəricisi  də  respublika  əhəmiyyətli tarixi günlərin, hadisələrin və digər məsələlərin təbliğ və təşviq olunması  kollektivdə  ən üst səviyyədə həllini tapır. Qanlı 20 yanvar faciəsinin 25 –ci ildönümü münasibəti ilə son bir neçə həftə ərzində gerçəkləşdirilmiş silsilə anım tədbirləri və bu tədbirlərin təşkilində özünü biruzə verən məsuliyyət və mütəşəkillik  Mingəçevir Turizm Kollecində artiq kök salmış vətənpərvər ənənələrin önəmindən və perspektivlərindən xəbər verir. Təsadüfü deyil ki, qeyd olunan ərəfədə  fənn komissiyalarında təşkil olumuş və faciənin iç üzünü görməyə imkan verən müzakirələr, dəyirmi masalar, həmçinin istedadlı tələbə gənclər arasında keçirilmiş rəsm və inşa yazı  müsabiqələri hətta digər təhsil ocaqlarına da örnək ola biləcək bir mənzərəni ortaya qoyub.  Əksər nümunələri kollec kollektivi ilə yanaşı təhsil ocaqına təşrif  buyuran qonaqlar da yaxından izləmək fürsətinə malikdir. Beləki onlar,  xüsusilə də rəsm əsərləri  foyedə sərgilənməkdə davam edir.

      Bu gün nəhayət ki, Turizm Kollecinin kollektivi  müəssisənin  Heydər Əliyev ideoloji  mərkəzində təşkil etdiyi  “ 20 yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında  yeri  və  rolu adlı  elmi nəzəri konfransla silsilə anım tədbirlərinə yekun vurdu.  Konfransı  giriş sözü ilə açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru İqtisad elmləri doktoru,  professor Əyyub Əyyubov 20 yanvar faciəsini ötən əsrin ən dəhşətli hadisələrindən  biri kimi səciyyələndirdi. Eyni zamanda ünlü elm adamı  həmin günün azadlıq tariximizə qəhrəmanlıq səlnaməsi kimi daxil olduğunu bildirdi və ardınca 20 yanvar faciəsi qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.

      Sükut sonrası  çıxışına  davam edən  professor  Əyyub Əyyubov 20 yanvar  faciəsinə etiraz əlaməti olaraq hadisənin ertəsi doğmaları  ilə bərabər Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib keçmiş İttifaq rəhbərliyinə kəskin etirazını  bildirən Ulu Öndər Heydər Əliyevin qətiyyətli və vətənpərvər davranışını əsl cəsarət nümunəsi adlandırdı. Onu da əlavə etdi ki, hadisələrə siyasi qiymət verilməsi kimi önəmli hadisə də məhz Ulu Öndər Heydər Əliyevin adı və xidmətləri ilə bağlıdir. Professor  faciə qurbanlarının  ailə üzvlərinin sosial qayğılarının  davamlı olaraq  yaxşılaşdırılması, həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi  istiqamətində  bu gün  prezident  İlham Əliyevin həyata keçirdiyi davamlı  tədbirləri  Heydər Əliyev ənənələrinə sədaqət nümunəsi olaraq qiymətləndirildiyini  iştirakçıların  diqqətinə  çatdırdı.

        Bundan sonra  20 yanvar faciəsindən bəhs edən sənədli filmə baxış keçirildi. Ardınca pedaqoqlar Ceyhun Abdullayev, Çinarə Allahverdiyeva, Türkan Kazımova  və  İlahə İsmayılova  tərəfindən müvafiq olaraq  20 yanvar  xalqımızın qürur və mübarizə tarixidir,  20 yanvar şəhidlərin qani ilə qazanilmiş zəfərimizdir, 20 yanvar şəhidləri Azərbaycan Gəncliyi üçün qəhrəmanlıq səlnaməsidir  və Azadlıq  fədailəri xalqımız və dövlətimiz tərəfindən unudulmur mövzularında geniş və məzmunlu məruzələr səsləndirildi.

       Elmi nəzəri konfrans  hər zaman olduğu kimi bu dəfə də  Kollecin təcrübəli pedaqoq mütəxəssisi Kifayət Əliyevanın rəhbərliyi ilə istedadlı tələbələr tərəfindən hazirlanmış və 20 yanvar hadisələrinə  həsr olunmuş ədəbi-bədii kompazisiyanın nümayişi ilə davam etdi.  Kompazisiya  iştirakçilar tərəfindən  maraq və üzüntü ilə qarşılandı.

      Konfransa yekun vuran professor Əyyub Əyyubov bu kimi tarixi həqiqətlərin  nəsildən-nəsilə ötürülməsi yolunda pedaqoq və gənc nəslin üzərinə böyük yük düşdüyünü bildirdi. Eyni zamanda günü-gündən çiçəklənən Azərbaycanın daha qüdrətli  sabahları  naminə bundan sonra da hər kəsin prezident İlham Əliyevin ətrafinda yumruq kimi sıx birləşməli olduğunu  bəyan etdi.

 


 
Əlavə edilmə tarixi: 20.01.2015   |   Baxılma sayı: 515

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci