ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Qanlı Yanvar faciəsinin 25-ci ildönümü

Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.


Mingəçevir Turizm  Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin  25-ci ildönümü böyük ehtiramla yad edilmişdir. Mingəçevir şəhər İcra hakimiyyətinin və  Mingəçevir Turizm  Kollecinin xüsusi tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirildi. Ayrı-ayrı  fənn komissiyalarında və Tələbə - Gənclər təşkilatında keçirilən  diskussiyalarda  faciənin səbəbləri  və miqyası barədə müzakirələr aparılmışdı. Tələbələr arasında 20 yanvar hadisəsinə həsr olunmuş rəsm işlərinin  və inşa yazıların müsabiqəsi təşkil edilmişdir. Keçirilmiş tədbirlər barədə məlumatlar əsas tədris korpusunun dəhlizində yerləşdirilmiş xüsusi monitorda həftə ərzində nümayiş olunmuşdur.

Tədbirlər silsiləsinin yekunu olaraq yanvarın 19 – da kollecin H. Əliyev İdeoloji mərkəzində “ 20 Yanvar faciəsinin Azərbaycan xalqının  milli azadlıq hərəkatında  yeri və rolu ” mövzusunda elmi – nəzəri konfrans  keçirildi. Toplantı iştirakçıları əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü  uğurunda mübarizədə şəhid olmuş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Konfransda giriş nitqi  ilə kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. Əyyub müəllim  1990- cı ilin yanvarı ərəfəsində Azərbaycanda yaranmış ictimai- siyasi vəziyyəti qısaca xatırlatdı.

Dağlıq Qarabağın Azərbaycandan  zorla alınmasına xalqımızın dinc yolla etiraz etdiyini və Sovet rəhbərliyinin bu məsələdə xəyanətkar mövqe tutduğunu vurğuladı. Azərbaycan xalqının haqlı etirazının Mərkəz tərəfdən qanlı şəkildə yatırıldığını qeyd etdi. Xatırlatdı ki , bu qanlı əmələ ən qətiyətli etiraz xalqımızın ümumimilli lideri  H. Əliyev tərəfindən səsləndirilmişdir. Faciənin əsl hüquqi-siyasi qiyməti də məhz onun siyasi hakimiyyətə qayıdışından sonra verilmişdir. Ölkə rəhbərliyi  20 yanvar faciəsi qurbanlarının xatirəsini yad edilməsini  daima diqqət mərkəzində saxlayır.

Konfransda kollecin pedaqoqları Ceyhun Abdullayev “ 20 Yanvar xalqımızın qürur və mübarizə tarixidir ”, Çinarə Allahverdiyeva  “20 Yanvar faciəsi şəhidlərin qanı ilə qazanılmış zəfərdir ”, Türkan Kazımova “ 20 Yanvar  şəhidləri Azərbaycan gəncliyi üçün qəhrəmanlıq salnaməsidir ”, İlahə İsmayılova “Azadlıq faciələri xalqımız və dövlətimiz tərəfindən unudulmur ” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.

Tədbirin rəsmi hissəsindən sonra tələbələrin hazırladığı ədəbi – bədii kompozisiya nümayiş etdirildi.


 
Əlavə edilmə tarixi: 19.01.2015   |   Baxılma sayı: 665

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

Fənn birləşmələri və kabinet müdirləri ilə keçirilən müşavirələr.

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci