ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Xeyriyyə tədbiri

Dekabrın 21-də Mingəçevir Turizm Kollecin Tələbə - Gənclər təşkilatı “Debat” klubunun üzvləri ilə birlikdə Uşaq – Nevroloji sanatoriyasını ziyarət etdi.


Hər tədris ilində olduğu kimi Yeni il bayramı ilə əlaqədar keçirilən tədbirlər sırasına xeyriyyə aksiyası əlavə olundu. Dekabrın 21-də Mingəçevir Turizm Kollecin Tələbə - Gənclər təşkilatı “Debat” klubunun üzvləri ilə birlikdə Uşaq – Nevroloji sanatoriyasını ziyarət etdi. Sanatoriyada müalicə alan uşaqlarla görüşdə ilk söz kollecin kadrlar şöbəsinin müdiri Tacəddin Əyyubova verildi.

O, kimsəsiz uşaqları Yeni il münasibəti ilə təbrik etdi, onlara səmimi, xoş arzularını çatdırdı. Tələbə - Gənclər təşkilatının fəalları Cəlil Əhmədov, Orxan Xudiyev, “Debat” klubunun üzvləri Azay Azayev, Murad Vəlizadə çıxış edərək  təbriklərə  qoşuldular.

Kollecin müəllimləri və tələbələrinin topladıqları vəsait hesabına alınmış hədiyyələr sanatoriyanın kimsəsiz uşaqlarına paylandı. Daha sonra uşaqlar üçün Yeni il şənliyi təşkil olundu.

Bayram süfrəsi açıldı.Musiqi nömrələri bir-birini əvəz etdi. Kollecin nümayəndələri sanatoriyada müalicə alan uşaqlarla birlikdə rəqs etdilər, onların bayram əhvali-ruhiyyəsi yaşamasına çalışdılar. Sanatoriya rəhbərliyi Mingəçevir Turizm Kollecin kollektivinin xeyirxah əməlindən məmnun qaldığını bildirdi və təşəkkürünü ifadə etdi.

 


 
Əlavə edilmə tarixi: 22.12.2014   |   Baxılma sayı: 1168

                                

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci