ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Elmi-nəzəri konfrans / The Scientific –Theoretical Conference


31 Mart-Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin verdiyi fərman xalqımıza qarşı törədilmiş qanlı qırğının müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə obyektiv siyasi qiymət verilməsi üçün hüquqi zəmin yaratmışdır. 1918-ci ilib mart-aprel aylarında Bakı,Şamaxı,Quba,Muğan,Lənkəran və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüş,Şamaxıda 58 kənd dağıdılmış,7 min nəfər (1653 qadın,965 uşaq)vəhşicəsinə öldürülmüş,Quba ərazisində 122,Qarabağın dağlıq hissəsində 150,Zəngəzurda 115,İrəvan quberniyasında 211,Qars əyalətində 92 kənd yerlə-yeksan olunmuş,yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. Bu tarixi cinayəti anmaq üçün 31 mart 2010-cu il tarixdə Mingəçevir Turizm Kollecində “Ermənilərin Azərbaycan torpağında törətdikləri dəhşətli cinayətlər”mövzusunda “31 mart azərbaycanlıların soyqırımı”gününə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.Konfransın işində kollecin direktoru, iqtisad elmləri doktoru,professor Əyyubov Əyyub Abdin oğlu,72 nəfər müəllim,MTV və SM TV-nin çəkiliş qrupları ilə birgə əməkdaşları iştirak edirdi. Konfransı giriş sözü ilə professor Ə.Əyyubov açdı.İlk öncə 31 mart soyqırımı və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş azərbaycanlıların ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra direktor Əyyub Əyyubov əsrlər boyu bədnam erməni qonşularımız tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlər haqqında ümumi məlumat verdi və konfransın gündəliyində qoyulmuş məsələlərin müzakirəsi aşağıdakı qaydada aparıldı. 1.”Erməni -azərbaycanlı münaqişələrinin tarixi kökləri və onların torpaqlarımızda yerləşdirilməsi siyasəti”mövzusunda kollecin Həmkarlar Təşkilatının sədri, iqtisad elmlər namizədi,dosent Əyyubov İbrahim Abdin oğlu 2.”1918-ci ilin martında Bakıda daşnakların törətdikləri planlı cinayətlər” mövzusunda kollecin tarix müəllimi Hüseynova Xatirə Xanlar qızı 3.”1918-ci ilin aprel ayında Quba və Şamaxıda törədilmiş erməni vəhşilikləri”mövzusunda kollecin tarix müəllimi Vəlimmədova Məleykə Əlcazair qızı 4.”1918-ci ilin yayında qədim Azərbaycan torpağı olan Zəngəzur və Naxçıvandakı qanlı hadisələr”mövzusunda fənn komissiyasının sədri Abdullayev Ceyhun Dəmir oğlu 5.”AXC dövründə ermənilərin ərazi iddiaları ilə müasir dövrümüzdəki ərazi iddiaları arasında oxşar cəhətlər və soyqırıma hüquqi qiymət verilməsi” haqqında mövzusunda kollecin müəllimi Muxtarov Hikmət İsrafil oğlu çıxış etdi. Çıxışlar pedoqoji kollektiv tərəfindən diqqətlə izlənildi.Konfransın işinə kollecin direktoru professor Əyyubov Əyyub Abdin oğlu yekun vurdu.Direktor konfrans materiallarının çap olunaraq kollecin internet saytında yerləşdirimək tapşırığı verdi, materialların tələbələr tərəfindən öyrənilməsində,onların vətənpərvər,tarixi ədalətsizliklərin öz haqlı yerini tutmasına müvafiq olaraq mübarizlik ruhunda tərbiyə olunmaları istiqamətində müəllimlərin fəaliyyətlərinin gücləndirilməsini tövsiyə etdi. Bununla elmi konfrans öz işini başa vurdu. The Scientific –Theoretical Conference The decree about 31 March - slaughter of Azeri’s which issued by Heydar Aliyev, the nationwide leader of the Azerbaijan Republic, is very useful for strengthening the memory of the slaughter for modern and future generation. About 50 thousand people were killed by Armenia in Baki, Shamaki, Guba, Mugan, Lenkeran in 1918. About 30 thousand people were killed with special cruelty only in Baki, 58 villages were destroyed, 7 thousand people were killed (1653 women, 965 children) 122 villages in Guba, 150 villages in Garabag, 115 villages in Zengezur, 211 villages Iravan, 92 villages Gars were destroyed. They didn’t pay attention to gender and age. The scientific –theoretical conference by named “Armenians terrible criminals in Azerbaijan” devoted to “The Slaughter of Azeri’s” was held in Mingachevir Tourism College, in 31 March, 2010. Ayyub Ayyubov, Doctor of economical science, professor, 72 teachers, MTV and SmTV groups were participated. A. Ayyubov opened the conference. Firstly the participants remembered the martyrs which died about independent of our republic with a moment silence. Then the director gave information terrorism by Armenians to Azeri people, the problems were discussed as the following: 1. “The historical roots of Armenia-Azeri conflict and their politics”, about this problem Ibrahim Ayyubov, the chief of Trade Union, Dr.of economical science reported 2. “The planned criminals, which procreated by Armenians in Baki in 1918” About this problem the history teacher of college, Khatira Huseynova reported. 3. “Planned criminals, which procreated by Armenians in Guba and Shamakhi in 1918” About this problem, Valimammadova Meleyke, the history teacher of college reported. 4. “In Zangazur and Nakchivan area terrorism in summer of 1918”, about this problem, Abdullayev Jeyhun, the chief of subject union. 5. “Similarity Armenians territory claim between to-date and past during APF and valuation of slaughter” About this problem, Hikmat Muxtarov, the philosophy teacher of the college. The conference was ended by A. Ayyubov. Director issued a decree to translate and arrange in the site of college, and reccommendated to give up students as patriot. The Scientific –theoretical conference was ended.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1768

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci