ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





ULU ÖNDƏRİN ANIM GÜNÜ

Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.


Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir. Ayrı- ayrı qruplar tərəfindən hazırlanmış divar qəzetləri, plakatları və bülletenlər tədris binasının stent və güşələrində yerləşdirilmişdir.Tələbələr arasında ulu öndərin xatirəsinə həsr olunmuş inşa yazıları və rəsm işlərini müsaqibəsi keçirilmişdir. Dekabrın 11- də isə YAP 38 saylı ərazi təşkilatı ilə birgə hazırlanmış “ Xalqımızın yaddaşında əbədiyaşar dahi lider ” mövzusunda elmi nəzəri konfrans keçirildi. Kollecin H. Əliyev ideoloji mərkəzində təşkil edilmiş konfrans kollecin direktoru, prof.  Əyyub Əyyubovun giriş nitqi ilə işinə başladı. Əyyub müəllim yaxın tariximizin unudulmaz  məqamlarını iştirakçılara xatırlatdı, ulu öndərin parlaq siyası həyatına ayrı – ayrı məqamlarına qısa nəzər saldı. Müasir Azərbaycan dövlətinin müstəsna xidmətini vurğuladı. H. Əliyevin siyasi kursunun ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini ulu öndərin ölməz ideyaları əsasında dövlətimizin daha da inkişaf etdiyini qeyd etdi.
Konfransda Kollecin Həmkarlar İttifaqının sədri, dos. İbrahim Əyyubov, müəllimlər Sevda Kərimova, Məleykə Vəliməmmədova , Nazan İdrisova, Ceyhun Abdullayev ulu öndərin parlaq ömrünün və siyasi fəaliyyətinin ayrı – ayrı məqamlarına həsr olunmuş maraqlı məruzələrlə çıxış etdilər.
  Konfransın rəsmi hissəsindən sonra kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış ədəbi – bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.

Konfransda  dinlənilən məruzələri təqdim edirik

HEYDƏR ƏLİYEVİN SİYASİ HAKİMİYYƏTİNİN BİRİNCİ DÖVRÜ
RESPUBLİKAMIZIN İDARƏÇİLİYİNDƏ YENİ MƏRHƏLƏ OLMUŞDUR.

Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.
Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.
SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilən təşəbbüslərin qarşısı alınırdı ki, belə bir hal da, heç şübhəsiz, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi.
O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1985-ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir.
İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-ci illərin sonu - 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur
Həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.
Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.
Heydər Əliyevin başçılığı ilə 1969-82-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.
Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.
Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdır.


İbrahim Əyyubov
Mingəçevir Turizm Kollecinin HİK-nin sədri
İ.E.N.

Heydər əliyevin vətənə və xalqa sədaqətlik nümunələri ilə zəngin həyat yolu

Dünya siyasi xadimlər pleyadasına nəzər salsaq burada bir çox millətlərin dahi şəxsiyyətlərini görə bilərik. Bu şəxslərdən bəziləri bir müddət kəhkəşanda  yer tutub, bundan sonra onların ardıcılları olmayıb. Bu xadimlərdən mənim üçün ən dəyərlisi, düşüncəsi ilə müsahibini daxili məni  qarşısında  heyran qoyan ulu öndər H.Əliyevdir. Əgər biz Azərbaycan adlı dövlətdən danışırıqsa  bu zaman H.Əliyev fenomeni yada  düşür, çünki H.Əliyevin bütün ömrü, siyasi fəaliyyəti bu torpaq,millət və dövlətlə sıx bağlı olmuşdur.      

Həyatınınmənasını Azərbaycanın iqdisadi  və intellektual potensialına,  xalqının  xoşbəxt  və firəvan yaşamasına  yönəldən  ulu öndər, tarixi şəxsiyyət  tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol  tapırdı. H.Əliyev  siyasi fəaliyyətinin bütün dövrlərində təkcə öz xalqı üçün deyil, ümumiyyətlə bəşəriyyətdə sülhün bərqərar olunması üçün çalışmışdır. Qərinədən artıq bir zaman  daxilində hakimiyyətdə olan ulu öndərin xalq üçün gördüyü işlər o qədər misilsizdir ki, siyasi irsi, dövlətçilik məktəbi ənənələri bu gün də yaşayır. H.Əliyev dövlətçilik təcrübəsindən biridir ki hökümətin 2- məqsədi, vəzifəsi var: dövlətciliyin qorunması və insanların rifahının təmin olunması H.Əliyev müəllifi olduğu Azərbaycan müstəqilliyini qoruyub əbədiləşdirməklə bu missiyanı layiqincə yerinə yetirdi. H.Əliyev mənə görə var olub və olmayan zamanlarda da həmişə yaşardır. H.Əliyev  məktəbini öyrənmək, onun həyat yolunu bilmək bu böyük şəxsiyyətdən vətənkeşliyi öyrənmək bu günkü gəncliyin əsas məqsədi olmalıdır.

H.Əliyev vətənini xalqını, millətini həmişə dərin məhəbbətlə sevmişdir. Onun söylədiyi bir fikir “ Biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan dünya birliyində öz layiqli  yerini tutacaq, hər bir vətəndaşımız özünü bu müstəqil dövlətə mənsub olduğunu qürurla bəyan edəcəkdir. Vaxtilə deyilən  bu sözlər bu gün gerçəkləşib. Vətənin  heç bir əmsala, heç bir dəyərə sığmadığını yaxşı bilən ulu öndər bunun gənclərində  bilməyini çox istəyirdi.

H.Əliyevin xalqa güvənci, millətinin oğlu olması, onun bütün qanı – canı ilə bu millətə aid olmasını  fəaliyyətinn müxtəlif dönəmlərində sübut olunmuşdur.

Sovet imperiyasının  anti – din marşının işlədiyi bir zamanda Respublikanın 1 – nömrəli şəxsi olan H.Əliyevin 1981 – ildəAğdam rayonunda zəhmətkeşlərlə görüşü keçirildi. Bu zaman rayon rəhbərliyi bu böyük şəxsiyyətlə görüş üçün rayonun sayılıb seçilən Sarı Seyid Ağa  ləqəbi ilə tanınan Zeynal Abdin ağanı seçirlər. Ağa bu böyük şəxsiyyətə sonrakı fəaliyyətləri üçün  xeyir – dualar etdi. H.Əliyevin belə din xadimləri, imanlı şəxsləri  ilə görüşləri onun mənsub olduğu  xalqla  necə yekdil olduğunu göstərir. Bu birlik bir daha özünü  1993. – cü ildə Respubilkanın baş meydanı olan Azadlıq meydanında “Heydər – Xalq, Xalq – Heydər” tondeminin  yaranması ilə nəticələndi. Xalq öz xilaskarını  böyük sevgi, coşqu  və rəğbət hissi il qarşıladı.Bu tarixdən  etibarən H.Əliyevin öz təbirincə desək “Ömrünün yerdə qalan hissəsini Azərbaycanın xoşbəxtliyinə  həsr etdi.” Mənim üçün H.Əliyev bütün zamanlar  üçün həmişəyaşardır və nə qədər ki, Azərbaycan var və nə qədər bu millət var bu dahi insan H.Əliyev həmişə var olacaq.

Mingəçevir Turizm Kollecinin Təsviri sənət fənn komissiyasının sədri,

 

 İncəsənət müəllimi – Kərimova Sevda İsrafil qızı.


 
Əlavə edilmə tarixi: 11.12.2014   |   Baxılma sayı: 579

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci