ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Əxlaqi dəyərlər və müasir gənclik

25 noyabr 214-cü il tarixində Mingəçevir Turizm Kollecinin Heydər Əliyev İdeoloji mərkəzində görüş keçirildi.


25 noyabr 214-cü il tarixində Mingəçevir Turizm Kollecinin Heydər Əliyev İdeoloji mərkəzində görüş keçirildi.Görüşdə Mingəçevir Turizm Kollecinin direktoru prof. Ə.A.Əyyubov, tədris işləri üzrə direktor müavini V. İbişova, təlim- tərbiyə işləri üzrə direktor müavini Ə.Əsgərov, şəhər polis şöbəsinin rəisi Ə.Bədəlov, MTN-nin rəisi A.Məmmədov  və kollecin tələbə heyəti iştirak edirdi.
Tədbirdə mill-mənəvi, əxlaqi dəyərlər, sosial şəbəkələrin əxlaqi dəyərlərə təsiri, dini sektalar, din adı altında gənclərin səhv yola yönəldilməsi, ailələrindən uzaqlaşdırılması, asudə vaxtın düzgün və səmərəli təşkili, 2015- ci ildə respublikada keçiriləcək Avropa idman oyunlarında şəhər gənclərinin qarşısında duran vəzifələr və bu kimi mövzularda söhbətlər aparıldı.
Prof. Ə.A.Əyubov çıxış edərək bildirdi ki, əxlaqi dəyərlər müasir təhsildə tələbələrin bir şəxsiyyət kimi hazırlanmasına, şəxsi keyfiyyətlərinin formalaşmasına kömək edir. Kollecdə tələbələrin təlim-tərbiyəsində əxlaqi dəyərlər  təhsildə əsas amil kimi nəzərə alınır. Mingəçevir Turizm Kollecinin tələbələri  tədrisdə seçilməklə yanaşı, şəhərin ictimai həyatında da fəal iştirak edirlər.İdman yarışlarında, müxtəlif intelektual yarışlarda fəal iştirak edərək uğurlu nəticələr əldə edirlər.
Polis rəisi Ə. Bədəlov çıxışında tələbələrin asudə vaxtının səmərəli təşkili, pis vərdişlərdən uzaq olması məsələlərinə toxundu.Gənclər arasında milli, mənəvi və əxlaqi dəyərlərin qorunmasının vacibliyi ilə bağlı geniş məlumat verdi. 2015- ci ildə respublikada keçirilməsi nəzərdə tutulan  Avropa idman oyunları ilə əlaqədar olaraq respublikamıza və şəhərimizə çoxlu sayda turistlərin, eləcə də əcnəbi  turistlərin gəlməsi nəzərdə tutulur. Şəhərimizin gəncləri də bu idman oyunlarını yüksək səviyyədə keçirilməsində öz köməkliklərini layiqli şəkildə təqdim etməlidirlər.
Görüşdə  tələbələrlə müxtəlif mövzularda fikir mübadiləsi aparıldı və onların sualları cavablandırıldı.


 
Əlavə edilmə tarixi: 27.11.2014   |   Baxılma sayı: 699

                        

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.

Turizm fənləri üzrə elmi-nəzəri konfrans

Mingəçevir Turizm Kolleci: Maraqlı istirahət
Hər il olduğu kimi, bu il də 2015/16- cı tədris ilini müvəffəqiyyətlə başa vuran Mingəçevir Turizm Kollecinin bütün kollektivi 1 günlük Şəki rayon “Narın Qala” isatirahət mərkəzində 20 iyul 2016-cı il tarixdə istirahətdə olmuşlar

Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.

Xanım Məmmədova f.e.n. Mingəçevir Turizm Kollecinin “Dillər” fənn komissiyasının sədri

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci