ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





TEMPUS Proqramının növbəti seminarında uğurlu iştirak

TEMPUS Proqramının növbəti seminarı noyabrın 17-20 tarixlərində Azərbaycan Texniki Universitetində və Azərbaycan Turizm İnstitutunda təşkil olunmuşdur.


 Avropa İttifaqının LMPH “ Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr- magistr hazırlığı” 544191 Tempus 1-2013-1- PT JPCR “ layihəsində iştirakçı hüququ qazanmışdır.
Beynəlxalq əməkdaşlıq nəticəsində əldə etdiyi təcrübədən faydalanan və bu təcrübəni tədris prosesində tətbiq edən Mingəçevir Turizm  Kollecində  beynəlxalq əməkdaşlıq sahəsində yeni nəaliyyətlər əldə edilmişdir. Elm və təhsil aləmində daha böyük  nüfuza və çəkiyə malik olan Fransanın Qrenobl Akademiyası ilə də əməkdaşlığa başlanılmışdır.
Layihənin əsas məqsədi iştirakçı ali məktəblərin tədris planlarının Tvinninq metodologiyasına uyğun hazırlanması, həmin tədris planlarının Avropa universitetləri ilə eyniləşdirilməsi, ikili diplomların və diploma əlavələrin verilməsini nəzərdə tutur.
TEMPUS  Proqramının qrafikinə uyğun olaraq oktyabrın 13-17 tarixlərində kollecin turizm müəllimləri Aydın Rəhimov və Tural Kərimov “Otel sənayesində yeni iki peşənin formalaşması” seminarında iştirak etmişlər.
TEMPUS Proqramının növbəti seminarı noyabrın 17-20 tarixlərində Azərbaycan Texniki Universitetində  və Azərbaycan Turizm İnstitutunda  təşkil olunmuşdur. Seminarda Mingəçevir Turizm Kollecinin  direktoru prof. Ə.A.Əyyubov , turizm fənn komissiyasının sədri A.M.Rəhimov və turizm fənn müəllimi  İ.N.Xuduyev iştirak etmişlər. Tədbirdə Fransanın Qrenobl Akademiyasının GİP FİRAG departamentinin Fasiləsiz Təhsil üzrə məsul şəxsi, layihənin koordinatorlar qrupunun üzvü Mine Magali Dugas proqram haqqında  seminar zamanı həyata keçiriləcək tədbirlər haqqında ətraflı  məlumat vermişdir. Proqramda qoşulmuş təhsil müəssisələrinin strateji tədbirlər haqqında  təqdimatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmalı idi. MTK-nın tədbirlər planı kollecin direktoru, prof. Ə.A.Əyyubov tərəfindən rus dilində təqdim edildi. Kollecin geniş beynəlxalq əlaqələrinə həsr olunmuş, həmçinin baloniya prosesinin tətbiqi ilə əlaqədar olaraq tədrisin təşkili sahəsində görülmüş işlər haqqında verilən məlumatlar seminarın fransız qonağının diqqətini daha çox cəlb etdi. Kollecin strateji tədbirlər planı seminar iştirakçıları tərəfindən maraqla qarşılandı və səmərəli müzakirələrə səbəb oldu. Kolleci təmsil edən nümayəndələr seminarın qalan iş müddəti ərzində proqramda nəzərdə tutulmuş faydalı fikir mübadilələrində iştirak etdilər. Kollecin turizm mütəxəssisləri yeni peşələrin formalaşması üçün otellərdə aparılacaq analitik- sorğu qrupunun tərkibinə daxil edildilər. Bu seminar da kollecin beynəlxalq layihələrdə iştirakı çərçivəsində növbəti uğurlu mərhələ oldu.


 
Əlavə edilmə tarixi: 26.11.2014   |   Baxılma sayı: 486

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci