ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində "Konstitusiya günü"


      Azərbaycanın müstəqil dövlətçiliyinin əsas rəmzlərindən biri olan konstitusiyamız qəbul olunduğu tarix kollecdə hər il xüsusi qeyd olunur. Qrupların hazırladığı divar qəzetləri, plakatlar bu il kollecin guşələrini, stendləri bəzəmişdi. Konstitusiyaya həsr olunmuş yazı müsabiqəsi və digər maraqlı tədbirlər təşkil olunmuşdu. Noyabrın 12-də isə kollecdə “Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının memarıdır“ mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransı açıq elan edən kollecin direktoru, prof. Ə.Əyyubov konstitusiyamızın qəbulu ərəfəsində ölkədə mövcud olan siyasi şərait barədə məlumat verdi. Ulu öndər H.Əliyevin qətiyyətli addımları sayəsində sabitliyin əldə olunması və hüquqi islahatların başlanması barədə məlumat verdi. Ümummilli liderin başçılıq etdiyi Konstitusiya Komissiyasının fəaliyyəti və nəticədə əsas qanunumuzun ərsəyə gəlməsini qeyd etdi.
     Konfransda kollecin müəllimləri Qənimət Hüseynov “Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas qanunudur”, Çinarə Allahverdiyeva “ Milli bayrağımız dövlətçiliyimizin simvoludur”, Ceyhun Abdullayev “Azərbaycanda Konstitusiya islahatlarının tarixi zərurəti”, Jalə Məmmədova “ İnsan şərəf və ləyaqətinin qorunmasında Konstitusiyanın rolu”, Eldar Dərişov “Hüquqi Azərbaycan dövlətinin qurulmasında Heydər Əliyevin əvəzsiz xidməti” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.
     Tədbirin sonunda kollecin müəllimi Kifayət Əliyevanın özfəaliyyət qrupunun üzvləri ilə hazırladığı bədii kompozisiya nümayiş etdirildi.


 
Əlavə edilmə tarixi: 16.11.2014   |   Baxılma sayı: 476

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci