ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Stevenson Kollecindən olan həmkarlarımızın kollecə növbəti səfəri


Artıq üç ildir ki, Mingəçevir Turizm Kolleci Şotlandiyanın Stevenson Kolleci ilə Britaniya Şurasının “iş üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq edir. Stevenson Kolleci ilə Mingəçevir Turizm Kollecinin əməkdaşlıq müqaviləsində aşağıdakılar nəzərdə tutulur: -Kolleclər arasında tələbə müəllim mübadiləsinin təşkili -Yeni interaktiv təlim metodları ilə bağlı müəllimlərlə seminar treninqlərin təşkili. -Tədris planlarının və proqramlarının yeniləşdirilməsində, yeni tədris vəsaitlərinin hazırlanmasında birgə fəaliyyətin təşkili -Hər hansı kursun tədrisi üçün birgə tədris vəsaitinin hazırlanması və tədrisinin təşkili. Əməkdaşlıq müddətində kolleclərdən tələbə və müəllim mübadiləsinin təşkili məqsədilə qarşılıqlı dörd səfər təşkil olunmuşdur. Stevenson Kollecindən Mingəçevir Turizm Kollecinə olan növbəti belə səfər 28.02.2010-dan 05.03.2010-cu il tarixədək olan müddətlərdə təşkil olundu. Stevenson Kollecindən Mingəçevir Turizm Kollecinə gələn müəllimlərdən Loren Farkuharson turizm müəllimləri ilə, Helen Şilds isə ingilis dili müəllimləri ilə yeni öyrətmə metodları haqqında seminar məşğələləri keçirdi. Eləcə də qonaqlar “Turizmdə müştəri xidməti” təlim kursunun tədrisi üçün hazırlanmış təlim-təlimçi paketlərini, kursun məzunlarına təqdim olunacaq sertifikatları və döş nişanlarının nümunələrini kollec rəhbərliyinə təqdim etdilər. Sertifikatlar qabaqcadan razılaşdırıldığı kimi hər iki kollecin (Stevenson Kolleci və Mingəçevir Turizm Kolleci) imzaları ilə məzunlara verilməsi üçün hazırlanmışdır. Layihənin yekunları ilə əlaqədar olaraq mart ayında Londonda keçiriləcək konfransa hazırlıqla bağlı müəyyən məsləhətləşmələr apardılar. Stevenson Kollecinin müəllimləri Lorraine Farquharson, Helen Shields və Mingəçevir Turizm Kollecinin direktoru prof. Əyyub Əyyubov El-tv kanalının səhər proqramının canlı yayımında iştirak edərək ölkəmizin turizm imkanları, kolleclərin beynəlxalq əməkdaşlığı sayəsində əldə etdiyi uğurlu nəticələr haqqında danışdılar və SM-tv kanalına müsahibələr verdilər. Stevenson Kollecinin müəllimləri Mingəçevir Turizm Kollecində olarkən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva kollecə gələrək tədris prosesi ilə yaxından tanış oldu və qonaqlarla söhbət apardı. Şotlandiyalı müəllimlər Mingəçevir şəhərinin, regionun, eləcə də Abşeronun turizm imkanları ilə də tanış edildilər. The next visit of our colleagues from Stevenson College Edinburgh It is already three years that Mingachevir College of Tourism collaborates with Stevenson College Edinburgh in Scotland in the frame of "Skils@Work" project of the British Council. The followings are intended in the collaboration treaty between Mingachevir College of Tourism and Stevenson College Edinburgh: -Student-teacher exchange between the colleges -Organizing seminar trainings with teachers using new methods of interactive training -educational cooperation in renewing plans and programs, preparing the aids of new teaching -Preparing united teaching aids for teaching of any courses and organizing teaching Four mutual visits from colleges on the purpose of the exchange of students and teachers have been organized during the cooperation. The next such kind of visit from Stevenson College Edinburgh to Mingachevir College of Tourism was organized from 28.02.2010 till 05.03.2010. The teachers from Stevenson College Edinburgh Loraine Farquharson held seminars with tourism teachers and Helen Shields held seminars with teachers of English about methods of new teaching methods. The Guests presented the materials of "Azerbaijan Tourism Customer Care" trainee and trainer packs, the certificates which should be represented to graduate of the courses and examples of the badges to the college principal. The certificates have been prepared with the signatures of the both colleges’ principals (Stevenson College Edinburgh and Mingachevir College of Tourism) as co-ordinating beforehand in order to give to graduates. Definite consultations were carried out connected with the preparation to the conference which should be held in the London. Teachers of Stevenson College Edinburgh-Lorraine Farguharson, Helen Shields and prof. A. Ayyubov, the principal of Mingachevir College of Tourism were invited to the live broadcast of the morning program of the El-TV canal and they spoke about our country's tourism opportunities, about successful results got in the international collaboration between the colleges. Therefore they were interviewed by SM-TV canal. While the teachers of Stevenson College Edinburgh were in the Mingachevir College of Tourism Mrs. Sevda Mammadaliyeva, the deputy of the Minister of Culture and Tourism of the Azerbaijan Republic visited our college, talked to the guests and got acquainted with the teaching process. Then the guests from SCE were introduced with tourism opportunities of the city of Mingachevir, the region and Absheron.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 527

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il öıkə paytaxtında düzənlənən Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə maraq daha da artır.Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin,həmçinin şirkət və müəssisələrin hüdudları yeni coğrafiyalara uzanır.

Mingəçevir Turizm Kollecinin “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni ili qeyd etdi.

Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzi ilə birgə müşavirə keçirildi.
Mayın 27-də kollecin H.Əliyev İdeoloji mərkəzində Mingəçevir ş. İcra Hakimiyyəti və FHN-nin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “ Su hövzlərində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlərib müzakirəsi və birgə həlli yolları” mövzusunda müşahidə keçirildi.

Beynəlxalq Turizm Sərgisi
Bakıda Beynəlxalq Turizm Sərgisi keçirildi

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci