ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci TEMPUS proqramı ilə Rumıniyada

Beynəlxalq əməkdaşlıq nəticəsində əldə etdiyi təcrübədən faydalanan və bu təcrübəni tədris prosesində tətbiq edən Mingəçevir Turizm Kollecində beynəlxalq əməkdaşlıq sahəsində yeni nəaliyyətlər əldə edilmişdir.



Beynəlxalq əməkdaşlıq nəticəsində əldə etdiyi təcrübədən faydalanan və bu təcrübəni tədris prosesində tətbiq edən Mingəçevir Turizm  Kollecində  beynəlxalq əməkdaşlıq sahəsində yeni nəaliyyətlər əldə edilmişdir. Elm və təhsil aləmində daha böyük nüfuza və çəkiyə malik olan Fransanın Qrenobıl Akademiyası ilə də əməkdaşlığa başlanılmışdır.
Avropa İttifaqının LMPH “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” 544191 Tempus 1-2013 -1-PT JPCR” layihəsində iştirakçı hüququ qazanmışdır.
Layihənin əsas məqsədi iştirakçı ali məktəblərin tədris planlarının Tvinninq metodologiyasına uyğun hazırlanması, həmin tədris planlarının Avropa universitetləri ilə eyniləşdirilməsi, ikili diplomların və diploma əlavələrin verilməsini nəzərdə tutur.
Layihənin işçi planının tələblərinə uyğun olaraq 2014-cü  ilin may ayının 18-25 tarixlərində layihənin Baş kordinatoru və ekspertləri Azərbaycana  gələrək Azərbaycan Texniki Universitetində təqdimatını keçirmişlər. Bu tədbirlər müddətində qonaqlar TEMPUS layihəsinin əsas iştirakçılarından olan Azərbaycan Turizm İnstitutunda və Mingəçevir Turizm Kollecində olmuşlar. 24-25 may 2014-cü il tarixdə layihənin baş koordinatoru Fransanın Qrenobıl Akademiyasının professoru Jean-Noel Pachoud, layihənin eksperti Kristian Jarri, layihənin Azərbaycan üzrə koordinatoru, Azərbaycan Texniki Universitetinin kafedra müdiri professor Həsən Hüseynov Mingəçevir Turizm Kollecində olmuş, tədris prosesi və pedaqoji kollektivlə yaxından tanış olaraq layihə haqqında ətraflı məlumat vermişdilər.
  İşçi planına uyğun olaraq  21-29 sentyabr 2014-cü il tarixlərində layihənin Azərbaycan üzrə təmsilçiləri  Rumıniyanın İyasi Şəhərində Alexandru Ioan Cuza Universitetində oldular. Nümayəndə heyətinin tərkibində  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali Təhsil və Elm şöbəsinin müdiri Gultəkin xanım Hüseynova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil sektorunun müdiri cənab Asif Usubəliyev, Azərbaycan Turizm İnstitutunun rektoru prof. cənab Cəfər Cəfərov, Turizm İnstitutunun kafedra  müdirləri prof. Bahadur Bilalov, Novruz Quluyev,  Azərbaycan Texniki Universitetinin prorektoru prof. Mustafa Babanlı, kafedra müdiri və layihənin Azərbaycan üzrə koordinatoru prof. Həsən Hüseynov , kafredra müdiri prof. Ramiz İsgəndərov, Tələbə Həmkarlar Təşkilatının sədri Nərgiz xanım  Bəşirova, müəllim tərcüməçi Aybəniz xanım Həsənova və Mingəçevir Turizm Kollecindən iki nəfər kollecin direktoru prof. Ə.A. Əyyubov, Beynəlxalq Əlaqələr üzrə Meneceri  iştirak edirdilər. Rumıniyanın İyasi Şəhərində Alexandru Ioan Cuza Universitetində bir sıra görüşlər keçirilmiş, həmçinin bu universitetin tədris imkanları, mütəxəssis hazırlığı sahəsində aparılan işləri ilə tanış olunmuş, birgə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.  Nümayəndə heyəti eyni zamanda İyasi şəhərində olan  Gheorghe Asachi Texniki Universitetində də olmuş, həmin universitetin tədris prosesi ilə yaxından tanış olmuşlar. Bu görüşlərdə  Mingəçevir Turizm Kollecinin direktoru professor  Ə.A. Əyyubov kollecin yaranma tarixi, fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsindəki qazandığı uğurları, həmçinin baloniya prosesinin tətbiqi ilə bağlı görülən işlər haqqında məlumat vermiş, hər iki universitetin nümayəndələrini  kollecə dəvət etmişdir. Rumıniyalı həmkarlar aldıqları məlumatların onlarda böyük maraq doğurduğunu və fürsət olunca Azərbaycana, Mingəçevir Turizm Kollecinə gəlmək istədiklərini  bildirmişlər.


 
Əlavə edilmə tarixi: 24.10.2014   |   Baxılma sayı: 763

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

Fənn birləşmələri və kabinet müdirləri ilə keçirilən müşavirələr.

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci