ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci beynəlxalq layihələrdəki iştirakını daha da genişləndirir

Azərbaycan turizm sənayesi üçün qarşısına yüksək səviyyəli mütəxəssis hazırlığı vəzifəsini qoymuş kollecdə hazırlanan 2000-dən çox mütəxəssis ölkənin turizm və mehmanxana şəbəkələrində artıq uğurla çalışmaqdadırlar.


 Azərbaycan turizm sənayesi üçün qarşısına yüksək səviyyəli mütəxəssis hazırlığı vəzifəsini qoymuş kollecdə hazırlanan 2000-dən çox mütəxəssis ölkənin turizm və mehmanxana şəbəkələrində artıq uğurla çalışmaqdadırlar. Kollec rəhbərliyi bütün vasitələrlə tədrisin səviyyəsini yüksəltməyə, daha yüksək səviyyəli mütəxəssis hazırlamağa çalışır. Bu məqsədə nail olmaqda kollecdə yaradılan yüksək tədris intizamı mühüm yol oynayır. Mingəçevir Turizm Kollecinin fəaliyyətini uğurlu qurduğu sahələrdən biri də kollecin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlardır. Britaniya Şurasının “İş üçün bacarıqlar” layihəsi əsasında Böyük Britaniya kollecləri ilə başlanan əməkdaşlıq, Rumuniyanın Andrei Barseanu, Rusiyanın Biznes və İqtisadiyyat, Rusiyanın Humanitar, Kazaxıstanın Almatı Dövlət Texnologiya və Menecment kollecləri və TEMPUS proqramı layihəsində Almaniyanın Yade Universiteti  ilə uğur  davam etdirilir.
Beynəlxalq əməkdaşlıq nəticəsində əldə etdiyi təcrübədən faydalanan və bu təcrübəni tədris prosesində tətbiq edən kolleciin rəhbərliyi beynəlxalq əməkdaşlıq daha böyük nüfuza və çəkiyə malik olan Fransanın Qrenobıl Akademiyası ilə də əməkdaşlığa basşlamışdır.
Avropa İttifaqının LMPH “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” 544191 Tempus 1-2013 -1-PT JPCR” layihəsində iştirakçı hüququ qazanmışdır.

Layihənin əsas məqsədi iştirakçı ali məktəblərin tədris planlarının Tvinninq metodologiyasına uyğun hazırlanması, həmin tədris planlarının Avropa universitetləri ilə eyniləşdirilməsi, ikili diplomların və diploma əlavələrin verilməsini nəzərdə tutur.
Layihə çərçivəsində aprelin 7-dən 11-dək Fransanın Tonon-le-Ben şəhərində keçirilən ilk beynəlxalq seminarda  Mingəçevir Turizm Kolleci kollecin direktoru i.e.d. prof. Ə.A. Əyyubov və kollecin müəllimi G. N. Nəbiyeva ilə təmsil olunmuşdur. Prof. Ə. A. Əyyubov seminarın ilk günündə toplantı iştirakçılarını maraqlı slaytlar əsasında  MTK-nın tədris  fəaliyyəti ilə tanış etmiş, turizm və otelçilik ixtisası üzrə  kollecdə  həyata keçirilən  mütəxəssis hazırlığından danışmış və müvafiq tədris planını diqqətə çatdırmışdır. Layihənin ümumi əlaqələndiricisi Fransadakı Qrenobl Akademiyasının professoru Jean-Noel Pachoud  Mingəçevir Turizm Kolleücində bu istiqamətdə  xeyli faydalı işlər görüldüyü və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurlar haqqında  müsbət fikirlərini bildirmişdir.
Beynəlxalq tədbirdə layişənin üç illik fəaliyyəti ilə bağlı iş planı müzakirə edilmiş və lazımi izahat işləri aparılmışdır.

Yeni tədris texnologiyaları 3 Regional universitet mərkəzinin Aparıcı (Şef) universitetlərinin Turizm və mehmanxana işi institutlarında yaradılacaq  texniki və kadr resurslarına əsaslanacaqdır.Texniki əməliyyatlar üçün bütün təbii imkanları malik olan mühüt formalaşdırmaq üçün Mehmanxana işinin menedjmenti sahəsində bütün müəllimlər,mütəxəssislər,administratorlar üçün açaıq olan bu mərkəz multimedya resursları( proqramların prototipləri,fənn kontentləri,metodoloji və analitik yanaşmanın tədris vasitələri,mehmanxana işinin menecmenti  təcrübəsi üzrə rəhbər materiallar) və informatik platforma(şəbəkə avadanlıqları,materiallar,idarəetmədə logistika və s. ilə təchəz olunacaqdır(Forma4-də detallarla göstərilmişdir).Hər bir ölkə üçün aparılmış ilkin təhlil göstərmişdir ki, ,Mehmanxana işi üzrə bakalavriat səviyyəsində təməl kompetensiya(səriştə) aldıqdan sonra “Mehmanxana işinin menecmenti”istiqamətində  iki ixtisas üzrə magistratura səviyyəsində kadr hazırlığı məqsədyönlü olardı.Bu iki ixtisaslaşma üzrə vacib olan  ümumi və ixtisaslaşmış təhsil verməklə Avropa Kredit Transfer (ECTS) Sisteminə uyğun olan proqram əsasında təhsil vahidlərinin akumulyasiyası,o cümlədən də tədris olunan bütün fənnlər üzrə fənn kontentləri,pedaqoji resurslar təmin ediləcəkdir.Adı çəkilən yeni kurs ,xüsusilə də Mehmanxana işi üzrə magistratura Avropalı tərəfdaşlar tərəfindən təşkil olunacaqdır .
Layihənin məqsədi :

Üç dövlətin (Gürcüstan,Azərbaycan və Moldova)hər birində və AB-ində 2016 noyabr:


1. Sərt ekoloji,social,iqtisadi tələblərə cavab verən mehmanxana işi layihəsini başa düşən,ekspertiza edə bilən,reallaşdıran,komersiyalaşdıran , mövcud şəraitə adaptasiya edərək  istismar edə bilən  insan resursları formalaşdırmaqla müasir modern turizmi dəstəkləmik.
2. Baloniya prosesinə uyğun olaraq Mehmanxana içi üzrə ixtisasların təhsil proqramlarının modernləşdirilməsi- professionallaşdırılması,
3. Mehmanxana işi fəaliyyətinin menecmenti üçün bir bakalavr və iki magistr proqramının yaradılması.Onların spesifik təlabatlarının təmin olunması,9 müəllimin AB-də təkmilləşdirilməsi,fənn proqramları və kontentlərinin tərtib olunması, yüksək səviyyəli resurs mərkəsinin yaradılması,yeni kurs üzrə 200 tələbənin təhsil alması,tələbələrin mobilliyinin təmin olunması,yeni bir diplam yaradılması(ikili və ya birgə).
4. Tələbələrin mehmanxana işi üzrə iş yerləri ilə təmin olunmasını təkmilləşdirilməsi.

Tempus proqramının məqsədləri,mövzuları və prioritetləri:

• Tərəfdaş ölkələrdə ali təhsil sisteminin reforması   və modernləşdirilməsinə kömək göstərmək,
• Tərəfdaş ölkələrdə ali təhsilin keyfiyyətinin  və stabilliyinin  yüksəldilməsi,
• İnsan resurslarının qarşılıqlı olaraq inkişaf etdirilməsinə kömək göstərmək,
• Tərəfdaş ölkələr və Avrapa birliyinə üzv ölkələr arasınada Ali təhsi müəssisələri və tədqiqat institutlarının bir şəbəkədə birləşdirilməsinin təkmilləşdirilməsi,
• Tərəfdaş ölkələrdə prioritet sayılan akademik fənnlərin fənn proqramlarının Avropa kredit və akkumulyasiya sistemi(ECTS),üç səviyyəli təhsil sistemi və diplomların tnınması hesabına təkmilləşdirilməsi.


İş paketləri (Work Packages ):

WP.1 Üç regionun hər birində, diaqnostika sisteminin işlənməsi,mehmanxana işi peşəsi üzrə iki ibakalavr və magistr ixtisaslaşların seçilməsi,
WP.2 Mehmanxana işinin iki  ixtisası üzrə bakalavr və magistr proqramlarının,fənn contentlərinin və pedaqoji resursların işlənməsi,
WP.3 Üç regionun hər biri üçün 200 tələbənin təhsili və təhsilə olan təklifin  stabilliyi ,
WP.4 Nəticələrin daima yayılması üçün konsepsiyanın və fəaliyyət proqramının reallaşdırılması,
WP.5 Keyfiyyətə nəzarət və onun müşayət olunması,
WP.6 Layihənin pilotagı və idarə ounması.


Hazırlanacaq tədris vəsaitləri(nəticələr və dərsliklər) :

1.1.Üç  region üçün ümumi metodologi rəhbər materiallar,
1.2.Regionların hər biri üçün  strategi fəaliyyət planı -3,
1.3.Bakalavr və magistrlərin peşə adı   və  6 peşə  kartı,
2.1. Yeni yaradılmış universitet kursları üşün 135 novator ,
2.2. Avropa birliyində 27 müəllimin təkmilləşdirmə keçməsi,
2.3. Bakalavr-magistr  proqram və kursları-dərsləri,
2.4. Mehmanxana işinin menegmenti üçün 3 ədəd ustadlıq mərkəzi,
2.5. Peşə istiqaməti və işlə təminat,
3.1. Üç regionun hər birindən 200 tələbənin təhsili alması ,
3.2. Daimilik üçün fəaliyyət planı ,
3.3. Fasiləsiz təhsil ,
3.4. Müəssisələrdə yerləşdirilmiş bölmələrdən ibarət –delokalizasiya olunmuş üç kafedra(Kafedranın filialı),
3.5. Mobillik və 3 diplom (ikili və birlikdə),
4.1. Dəstək-hadisələr və yayım metodologiyası ,
5.1. Keyfiyyət planı və onun həyata keçirilməsi,
6.1. Komitələr,qurğular,ölçmələr,idarə etmə alətləri.

Fəaliyyət :

1.1.1 Avropa birliyinin resurslarında birgə istifadə etmə ,
1.1.2. UES-in məhsulları və  GIP-FIPAG –ın metodoloji rəhbər materialları,
1.1.3. Regionlar arası idarəetmə qrupplarının  təsdiq olunması-GPİ –MD , 3 regional idarəetmə grupunda (GRP),
1.2.1. Avropa ittifaqında 3  tədris seminarı ,
1.2.2. 3 Fəaliyyət planının redaksiya edilməsi,
1.3.1. 90 nəfər peşə tədqiqatçısının hazırlanması ,
1.3.3 .Hər ölkə üçün 3 peşə kartının redaksiya olunması və təsdiqi,
1.3.4. 2 bakalavr və magistr dərəcəsi üçün kompetensiyanın müəyyən olunması ,
1.3.5 Nəticələrdən GPİ-də Tibilisidə GE-də birgə istifadəı olunması ,
2.1.1 Universitet təhsilinin 135 nəfər novatorunun hazırlanması,
2.3.1. Elmi təmayüllü fənnlərin Avropa birliyində təkmilləşdirilməsi,
2.3.1. Alınmış materialların redaksiya olunması,
2.4.1 .3 -mərkəzin yaradılması,açaılışı və fəaliyyəti,
4.2 3. 3 -mərkəsdə alınmış nəticələrin komersiyalaşdırılması,
2.4.4 Fransada GPİ –nin resurslarından birgə istifadə ,
2.5.1 Yaradıcı kadrların hazırlanması və həyata keçirilməsi,
3.1.1 600 tələbənin təhsili və exsperimentlər,
3.1.2 Peşə təhsilinin müəssisələrə delokalizasiya olunması ,
3.2.1 Daimilik planının həyata keçirilməsi ,
3.4.1 Konsepsiya və proqramların tətbiqi ,
3.5.1 Müqavilənin imzalanması və həyata keçirilməsi,
4.1.1 Təbliğat vasitələrinin(afişa,veb səhifə və s.) yaradılması və tətbiqi,
4.1.2 Bakıda GPİ-də təcrubə mübadiləsi,
5.1.1 Geyfiyyət planının həyata keçirilməsi ,
6.1.1 İdarə etmə ,
6.1.2 Hər  3 idarəetmə qrupu üzrə qiymətləndirmə .

Tərfdaşların siyahisi :

P1 Espinio ali məktəbi (ISESP) – PT
P2 GIP FIPAG – FR
P3 Agrobiznes eli məktəbi (UBG) – BG
P4 Moldova dövlət universiteti (UCM) – MD
P5 Moldova komersiya universiteti – MD
P6 Perspektiva universiteti– MD
P7 Tələbə həmkarlar təşkilatı UCM – MD
P8 Moldova respublikasının  mehmanxana və restoranlar assosiasiyası– MD
P9 "Leogrant", SRL – MD
P10 Moldova təhsil nazirliyi– MD
P11 Moldova rspublikasının turizm agentliyi– MD
P12 Giron universiteti (UES) – ES
P13 Azərbaycan texniki universiteti – AZ
P14 Azərbaycan turizm institutuu – AZ
P15Mingəçevir turizm kolleci– AZ
P16 Azərbaycan texniki universitetinin tələb assosiasiyası – AZ
P17 Turizm və ekskursiyalar üzrə respublika şurası– AZ
P18 New Baku mehmanxanası– AZ
P19 Azərbaycan təhsil nazirliyi – AZ
P20 Azərbaycan mədəniyyət və turizm nazirliyi – AZ
P21 Alexandru Ioan Cuza universiteti(URO) – RO
P22  Gürcüstan texniki universiteti– GE
P23 Gori dövlət pedaqoji universiteti– GE
P24 Tbilisi universiteti « Gorgassali » - GE
P25 Gürcüstan texniki univrsiteti tələbələri assosiasiyası – GE
P26 Gürcüstan milli turizm asssosiasiyası – GE
P27 "Dzveli Metekhi"mehmanxanası – GE
P28 Gürcüstan təhsil və elm naziri– GE
P29 Turizm milli agentliyi – GE
P30 Pire texnologiya institute (TEI du Pirée) – GR
P31 Beynəlxalq telemetriya universiteti– IT
P32 Kanya Aralıq dənizi aqronomiya institutu– GR
P33 Alqarve universiteti– PT


 
Əlavə edilmə tarixi: 22.10.2014   |   Baxılma sayı: 516

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci