ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kollecdə yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüş keçirildi

Mingəçevir Turizm Kollecinin tələbələri tədrisdə seçilməklə yanaşı şəhərin ictimai həyatında da fəal iştirak edirlər.


Mingəçevir Turizm Kollecinin tələbələri tədrisdə seçilməklə yanaşı şəhərin ictimai həyatında da fəal iştirak edirlər. Vaxtaşırı olaraq şəhərin yerli hakimiyyət orqanlarının məsul nümayəndələri ilə gənclərin görüşləri keçirilir, bu tədbirlərdə tələbələrə dövlətin təhsil, sosial – iqtisadi sahələrdəki fəaliyyəti haqqında məlumat verilir, onlarla səmərəli maarifləndirmə işi aparılır. Belə faydalı görüşlərdən biri də oktyabrın 13 – də kollecin H.Əliyev İdeoloji mərkəzində təşkil olunmuşdu. “Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilən tədbirdə Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini Ramiz Əliyev və şəhər Polis şöbəsinin rəisi Ələsgər Bədəlov iştirak edirdilər.
R.Əliyev öz çıxışında ölkə Prezidentinin gənclər siyasətinə toxundu. Gənclərə yaradılan şərait, onların potensial imkanlarını reallaşdırmasına göstərilən dövlət qayğısından bəhs etdi. Şəhərimizdə aparılan abadlıq – quruculuq işləri, möhtəşəm Olimpiya mərkəzinin tikintisi digər layihələr barədə söhbət açdı.
Polis Şöbəsinin rəisi Ə.Bədəlov gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif zərərli vərdişlərdən uzaq olması məsələlərinə toxundu. Ayrı – ayrı şübhəli dini təriqətlərin təsirindən, təbliğatından kənar olmağı tələbələrə tövsiyə etdi.
Kollecin təlim – tərbiyə işləri üzrə direktor müavini Ə.Əsgərov çıxış edərək qonaqlara tələbələrlə apardıqları səmərəli söhbətə görə təşəkkür etdi. Dövlətin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində kollecdə görülən işlərdən söhbət açdı.
Kollecin gənc müəllimi Eldar Dərişov, fəal tələbələrdən Cəlil Əhmədov, Seyid Göyüşov, Kamran Muradov və başqaları da tədbirdə çıxış edərək gəncləri narahat edən problemlərlə bağlı düşüncələri bölüşdülər.


 
Əlavə edilmə tarixi: 16.10.2014   |   Baxılma sayı: 386

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il öıkə paytaxtında düzənlənən Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə maraq daha da artır.Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin,həmçinin şirkət və müəssisələrin hüdudları yeni coğrafiyalara uzanır.

Mingəçevir Turizm Kollecinin “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni ili qeyd etdi.

Beynəlxalq Turizm Sərgisi
Bakıda Beynəlxalq Turizm Sərgisi keçirildi

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

Müəllimlər günü
5 Oktyabr “Müəllimlər günü” respublikamzın bütün tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də hər il böyük ruh yüksəkliyi ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci