ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu

Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.


   Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.
    Bu münasibətlə əsas tədris korpusunun qarşısındakı ərazi şüar və bayram plakatları ilə bəzədilmiş, buraya toplaşmış yüzlərlə tələbə isə xüsusi coşqu və bayram ab-havası yaratmışdır.
    Bayram şənliyi kollecin direktoru prof. Əyyub Əyyubovun təbrik nitqi ilə başlandı. Əyyub müəllim pedaqoji heyyəti və çoxsaylı tələbə kontingentini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi.Yenicə tələbə adını qazanmış gənclərə kollecin tədris həyatı barədə məlumat verdi, onlara uğurlu tələbə həyatı yaşamağı arzuladığını bildirdi. Dövlət rəhbərliyinin təhsilimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayan prof. Ə.Əyyubov  yeni tədris ilindən tədbiq olunacaq kredit sisteminin kollecin kollektivi qarşısında yeni vəzifələr müəyyən etdiyini, tədris keyfiyyətinin artırılmasına xidmət edəcəyini diqqətə çatdırdı.
    Tədbirdə yüksək bal toplayan tələbələr adından Türkan Abbasova, valideyinlər adından isə Ulduz Mansurova çıxış edərək ürək sözlərini çatdırdılar.
    Kollecin bədii özfəaliyyət qrupunun üzvlərinin ifa etdiyi bədii-musiqili nömrələrlə davam edən bayram şənliyi iştirakçılarda şən və nikbil ovqat yaratmışdır.Tələbələr Emil, Rövşən və Aydanın oxuduğu şux mahnılar, rəqs qrupunun ifa etdiyi ritmik rəqslər, kollecin əməkdaşı Aydın Quliyevin ifasında səslənən həzin nəğmələr tələbələr və müəllimlər tərəfindən maraqla qarşılandı. Bilik gününə həsr olunmuş bayram tədbiri kollecin direktoru prof. Ə. Əyyubovun yekun sözü ilə başa çatdı.


 
Əlavə edilmə tarixi: 08.10.2014   |   Baxılma sayı: 719

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci