ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Milli Qurtuluş” günü qeyd olundu

İyunun 12-də kollecin H.Əliyev ideoloji mərkəzində müasir tariximizdə xüsusi yer tutan 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş təntənəli bayram keçirildi.


İyunun 12-də kollecin  H.Əliyev ideoloji mərkəzində müasir tariximizdə xüsusi yer tutan  15 iyun Milli Qurtuluş gününə həsr olunmuş təntənəli bayram keçirildi. Əvvəlcə iştirakçıların ifasında ölkəmizin dövlət himni səsləndirildi. Sonra tədbirin aparıcıları Cavadova Cahan və Zamanlı Yaqut kollektiv üzvlərini salamlayaraq hamını “Qurtuluş Günü” münasibətilə təbrik etdilər. Tələbə Qasımov Emilin ifasında  “Azərbaycan” mahnısı səsləndikdən sonra söz kollecin təlim-tərbiyə üzrə direktor müavini Əşrəf Əsgərova verildi. Əşrəf müəllim 1993-cü ilin yayında ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşməsini, vətəndaş müharibəsi təhlükəsinin yaranmasını xatırlatdı. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın qardaş qırğını təhlükəsindən, yeni-yeni fəlakətlərdən xilas olduğunu vurğuladı.

         Bundan sonra bayram tədbiri bir birini əvəz edən rəngarəng bədii-musiqili nömrələrlə davam etdirildi. Bədii özfəaliyyət qrupunun üzvləri Qasımov Emil, Bəşirov Rövşən və Mürşüdova Nərgiz vətənpərvərlik mövzusunda nəğmələr səsləndirdilər. Bədii tədbirlərin fəal iştirakçısı tələbə Hacıyeva Aydanın ifasında səslənən mahnılar da maraqla qarşılandı. Məmmədli Minə və Quliyeva Svetlana isə dövlətçiliyimizə həsr olunmuş şeir parçaları ifa etdilər. Təntənəli tədbir kollecin əməkdaşı Quliyev Aydının ifa etdiyi musiqi parçalarının sədaları altında başa çatdı.


 
Əlavə edilmə tarixi: 30.06.2014   |   Baxılma sayı: 1584

        

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci