ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 28 May - Respublika günü qeyd olundu

Mayın 27-də isə kollecin H.Əliyev adına ideoloji mərkəzində Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirildi.


28 May Respublika günü tariximizin digər şanlı səhifələri kimi kollecdə hər il xüsusi təntənə ilə qeyd olunur. Bu il də bu əlamətdar gün münasibəti ilə silsilə  tədbirlər təşkil olunmuşdur. Mayın 27-də isə kollecin H.Əliyev adına ideoloji mərkəzində Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirildi.

Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru, prof. Əyyub Əyyubov AXC-nın xalqımızın dövlətçilik tarixində tutduğu yeri vurğuladı. Müstəqilliyin əldə olunmasının çətin, onu qorumağın daha çətin olduğunu bildirdi. XX əsrin sonunda ikinci dəfə dövlət müstəqilliyinə qovuşan Azərbaycanda ulu öndər H.Əliyevin xidmətləri sayəsində dövlətçiliyin möhkəm təməl əsaslarının yaradıldığını qeyd etdi.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının I müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru İlham İsmayılov “Müstəqil Azərbaycan Respublikasında varislik prinsipi uğurla davam etdirilir” mövzusundakı məruzəsindəAXC-nın tarixi varisi olan Azərbaycan Respublikasının ümummilli lider H.Əliyev və onun layiqli davamçısı Prezident İ.Əliyevin rəhbərliyi altında tərəqqi və inkişaf yolu ilə irəliləməsinə toxundu.

Konfransda kollecin müəllimləri Ceyhun Abdullayev “Azərbaycan Xalq Cümhuriyyəti və onun tarixi irsinin yaşadılmasında Heydər Əliyevin xidmətləri”, Qənimət Hüseynov “Cümhuriyyətin fəaliyyətinin Tiflis və Gəncə dövrləri”, Çingiz Nəbiyev “Heydər Əliyev və müstəqil ordu quruculuğu”, Çinarə Allahverdiyeva “Heydər Əliyevin Azərbaycan təhsilində xidmətləri”, Aynurə Abbasova “Azərbaycanda Turizmin inkişafında Heydər Əliyevin rolu”, Eldar Dərişov “Dövlətimizin inkişafında Heydər Əliyev siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzuları üzrə maraqlı mərizələrlə çıxış etdilər.

Tədbirin sonunda ədəbiyyat müəllimi Kifayət Əliyevanın tələbələrin iştirakı ilə hazırladığı bədii kompozisiya nümayiş etdirildi.  


 
Əlavə edilmə tarixi: 30.06.2014   |   Baxılma sayı: 672

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci