ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kollecdə Fransadan gələn qonaqlar qəbul edilmişdir.

Kollecdə Fransadan gələn qonaqlar qəbul edilmişdir.


         2014-cü ildən başlayaraq MTK TEMPUS proqramı çərçivəsində Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlığa başlamışdır. Mayın 22-24-də  kollecin iki nəfər müəllimi TEMPUS layihəsi üzrə Bakıda keçirilən beynəlxalq seminarda iştirak etmişdir.Mayın 24-də isə Qrenobl Akademiyasından gələn qonaqlar kollecə səfər etmişlər. TEMPUS layihəsinin baş kordinatoru Jan Noel, Qrenobl akademiyasının eksperti Kristian Jali,TEMPUS layihəsində Azərbaycanın təmsilçisi pof.Həsən Hüseynov əvvəlcə kollecin tədris korpusu, tədris otaqları, fənn kabinetləri ilə tanış oldular.Daha sonra kollecin H.Əliyev ideoloji mərkəzində qonaqların kollektiv üzvləri ilə görüşü keçirildi.Kollecin direktoru prof. Əyyub Əyyubov giriş nitqi ilə çıxış edərək qonaqları salamladı. Prof. Ə.Əyyubov kollecdəki tədris prosesi, mövcud ixtisaslar barəsində qısa məlumat verdikdən sonra beynəlxalq əlaqələrə toxundu.Kollecin Böyük Britaniya,Almaniya, Ruminya,Rusiya və Qazaxıstan tədris müəssisələri ilə əməkdaşlığından bəhs etdi.Əyyub müəllim Qrenobl Akademiyası ilə əməkdaşlığa da böyük  ümidlər bəslədiyini vurğuladı.

         Prof. Jan Noel çıxış edərək TEMPUS proqramı üzrə aparılan beynəlxalq əməkdaşlıq barəsində məlumat verdi. O,proqram çərçivəsində kollecdə magistr və bakalavr pilləsi üzrə kurs tədris olunacağını bildirdi.Sonda prof. Jan Noel kollecin müəllimlərinin TEMPUS layihəsinə dair suallarını cavablandırdı.


 
Əlavə edilmə tarixi: 05.06.2014   |   Baxılma sayı: 916

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci