ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 31 Mart soyqırımı günü qeyd olundu.

Mingəçevir Turizm Kollecində 31 Mart soyqırımı günü qeyd olundu.


Tariximizin ən faciəli səhifələrindən biri olan 1918-ci ilin 31 mart soyqırımı təqvimi Mingəçevir Turizm  Kollecdə silsilə tədbirlərlə qeyd edilib. Silsilə tədbirlərin tərkib hissəsi olaraq qruplar arası  divar qəzetləri hazırlanmış, fənn komissiyalarında müzakirələr təşkil olunmuş,   tarixi faciələrimizə həsr olunmuş inşa,   rəsm müsabiqələri və sərgilər təşkil olunmuşdur . Bundan əlavə . Martın 31-də bütün tədris qruplarında ilk dəsrlər məhz 1918-ci ilin bu qanlı hadisəsi barədə söhbətlərlə başlanmışdır. Silsilə tədbirlər martın 31-də kollecin H.Əliyev adına ideoloji mərkəzində keçirilmiş elmi-nəzəri konfransla yekunlaşıb. “31 Mart azərbaycanlıların soyqırımı tarixin ən faciəli səhifələrindəndir” mövzusu üzrə keçirilən konfransda geniş və məzmunlu nitq söyləyən kollecin direktoru, iqtisad elmləri doktoru  prof. Əyyub Əyyubov.  erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi terror fəaliyyəti tarixinə ətraflı elmi nəzər  salıb. Bu mənada 31 Mart faciəsinin  və xalqımızın düçar olduğu digər  oxşar   faciələrin daha da məqsədyönlü  tədrisinə  və təbliğinə ehtiyac duyulduğunu qeyd edib. Prof. Ə. Əyyubov həmçinin 31 Mart soyqırımının obyektiv və hərtərəfli  tədqiq olunmasında  ulu öndər H. Əliyevin əvəzsiz xidmətləri olduğunu  vurğulayıb, 26 mart 1998-ci il tarixli Prezident fərmanını bir daha iştirakçıların diqqətinə çatdırıb. 

Konfransda digər  analoji xarakterli çıxışlar da yer alıb.  Pedaqoqlar  Ceyhun Abdullayev,  Əli Həsənov, Çinarə Allahverdiyeva,  İradə Cəfərova və  Eldar Dərişov  soyqırımı  hadisələrinin ayrı-ayrı aspektlərinə həsr olunmuş maraqlı məruzələrlə çıxış edib.

Konfransın rəsmi hissəsindən sonra  tələbələrin ifasında 31 Mart soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.


 
Əlavə edilmə tarixi: 29.05.2014   |   Baxılma sayı: 665

                                

Paylaş      

SON BAXILANLAR

18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər
18 Oktyabr- Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq ciddi hazırlıq işləri həyata keçirilir.

Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı Günü münasibətilə elmi-nəzəri konfrans keçirildi
Mingəçevir Turizm Kollecində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə keçirilmiş açıq dərslər,intellektual bilik yarışması,inşa , rəsm müsabiqələri

Mingəçevir Turizm Kollecinin kollektivinin Bayraq günü tədbirində iştirakı
Mingəçevir Turizm Kollecinin tələbə və müəllim heyəti Mingəçevir şəhərində keçirilən müxtəlif bayram tədbirlərində özünün mütəşəkkil qaydada iştirakı və fəallığı ilə tanınır.

Mingəçevir Turizm Kollecində bəstəkar Qara Qarayevin yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib
Mingəçevir Turizm Kollecinin “İdman və GÇQH” fənn komissiyasının kollektivi müxtəlif idman növləri üzrə yarışların təşkili və müəssisələr arasında keçirilən idman turnirlərinə komandaların hazırlanması sahəsində həmişə öz fəallığı və təşəbbüskarlığı ilə fərqlənir.

Rumuniyanın Braşov şəhərində / In the city of Brashov of Romania

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci