ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





1 mart “Milli Müdafiə” günü.

Fevral ayının 28-də Mingəçevir Turizm Kollecində 1 mart Ümumdünya Mülki Müdafiə günü münasibətilə “Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” adlı tədbir keçirildi.


        Fevral ayının 28-də Mingəçevir Turizm Kollecinin H.Əliyev adına ideoloji mərkəzində  1 mart Ümumdünya Mülki Müdafiə günü münasibətilə “Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” adlı tədbir keçirildi. Regional Fövqəladə Hallar Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Xaqani Əliyev və şəhər İcra Hakimiyyətinin məsul işçisi Xanlar Qurbanov əlaqədar dövlət orqanlarının nümayəndələri kimi tədbirdə iştirak edirdilər. Tədbiri açıq elan edən kollecin direktoru prof. Ə.A.Əyyubov əvvəlcə dəvət olunmuş qonaqları iştirakçılara təqdim edərək, Mülki Müdafiə gününün əhəmiyyətindən bəhs etdi. Mülki Müdafiə orqanlarının fəaliyyətinin cəmiyyətin həyatında vacib rol oynadığını bildirdi.

      Daha sonra söz qonaqlara verildi. Regional Fövqəladə Hallar Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Xaqani Əliyev Mülki Müdafiə əməkdaşlarının gərgin və faydalı əmək fəaliyyəti haqqında çıxış etdi. Mingəçevir şəhərində Mülki Müdafiə baxımından əhəmiyyət daşıyan obyektlər haqqında məlumat verdi. Mülki Müdafiə sahəsində aparılan işlərin diqqətdə saxlanılmalı olduğunu qeyd etdi. Bu sahədə görülməli olan bəzi tədbirlər haqqında geniş məlumat verdi.  Mingəçevir Turizm Kollecinin Mülki Müdafiə Qərargahının rəisi Əşrəf Əsgərov çıxış edərək, kollecdə bəhs olunan sahədə aparılan işlərdən danışdı. Kollecdə xüsusi Mülki Müdafiə kabinetinin yaradıldığını, müvafiq avadanlıq və vəsaitlərlə təmin edildiyini diqqətə çatdırdı. Əşrəf Əsgərov dövlət rəhbərliyi tərəfindən Mülki Müdafiə işlərinin səmərəli təşkil edilməsinə göstərilən diqqət və qayğıdanda söhbət açdı. 

       Sonra məruzəçilər iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdılar.


 
Əlavə edilmə tarixi: 03.03.2014   |   Baxılma sayı: 1917

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci