ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Xocalı soyqırımının 22-ci ildönümü

Ölkənin bütün elm və tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də Xocalı faciəsinin 22-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur.


Ölkənin bütün elm və tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də Xocalı faciəsinin 22-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur. Tələbələr arasında bu hüznlü tarixə həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi keçirilmiş, ayrı-ayrı qruplar tərəfindən divar qəzetləri tərtib olunmuşdur. Kollecin tələbə gənclər təşkilatının üzvləri şəhər Gənclər və İdman idarəsinin, müxtəlif gənclik təşkilatlarının keçirdikləri tədbirlərdə fəal iştirak etmişlər.

     Fevralın 26-da nisə kollecin H.Əliyev adına ideoloji mərkəzində YAP 38 ərazi təşkilatı ilə birlikdə “Xocalı soyqırımı sovet imperiyasının ən qəddar cinayətidir” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfrans iştirakçıları Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sukutla yad etdilər. Giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov müasir tariximizdə bu faciənin xüsusi yer tutduğunu bildirdi. Erməni millətçilərinin xalqımıza qarşıhaqsız torpaq iddiaları irəli sürdüyünü və öz ərazi bütövlüyünü qorumağa qalxan xalqımızın bu mübarizədə ağır itkilər verdiyini xatırlatdı. Erməni separatçılarının törətdikləri vəhşiliklər sırasında xocalı faciəsinin xüsusi seçildiyini vurğuladı. Prof. Ə.A.Əyyubov xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında ölkə rəhbərliyinin yorulmaz fəaliyyətini də bir daha iştirakçıların diqqətinə çatdırdı.

      Konfransda Həmkarlar İttifaqı Komitəsinin sədri, dos. İbrahim Əyyubov “Rus-erməni birləşmələri Xocalını darmadağın etdi”, müəllimlərdən Çingiz Nəbiyev “Xocalı soyqırımı-XX əsrin faciəsi”, Nihal Mustafayeva “Xocalı faciəsi Azərbaycan xalqına qarşı soyqırımdır”, Almaz Əliyeva “Bir gecənin içərisində ocağı söndürülən Xocalı”, Türkan Kazımova “Xocalı soyqırımının dünya xalqları tərəfindən tanınması” mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər.

     Konfransı rəsmi hissəsindən sonra Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış Xocalı soyqırımına həsr olunan bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.

 


 
Əlavə edilmə tarixi: 28.02.2014   |   Baxılma sayı: 1038

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci