ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





"Turizm sənayesinin inkişafı ölkəmizin daha sürətli tərəqqisinə zəmin yaradır"


"Turizm sənayesinin inkişafı ölkəmizin daha sürətli tərəqqisinə zəmin yaradır". Prezident İlham Əliyevin bu sahədəki addımları böyük uğurla nəticələnməkdədir Azərbaycanın zəngin turizm potensialı vardır. Təbii imkanlarımız, tarixi abidələrimiz, adət və ənənələrimiz təkcə daxili turizmin inkişafına deyil, eləcə də xaricdən böyük turist axınının təşkil edilməsinə zəmin yaradır. Biz regionların sosial-iqtisadi inkişafına nail olduqca, eyni zamanda bu sahə üçün lazım olan kadrların hazırlanmasını təmin etdikcə ölkəmizdə turizm yüksək səviyyədə inkişaf edəcəkdir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. Milli tariximizin ən şərəfli səhifələrindən olan müstəqil dövlətimizin keçdiyi yol — 1991-ci ilin payızından sonrakı dövr Azərbaycan tarixinin yaddaşlara əbədi yazılacaq hadisələri ilə zəngin oldu. Ən başlıcası bu müddət ərzində qanlar bahasına əldə etdiyimiz dövlət müstəqilliyimiz əbədilik qazana bildi. Bunu ulu öndər Heydər Əliyevin müdrikliyi, böyük uzaqgörənliklə yaratdığı siyasi kurs təmin etdi. Ulu öndər dövlət müstəqilliyimizi qorumaqla yanaşı, həm də onu möhtəşəm bir inkişaf yoluna çıxardı. Azərbaycanın dövlətçilik tarixində mövcud olan idarəçilik ənənələri, xalqın dövlətə olan inamı, liderə göstərdiyi etimad və təbii sərvətlərimizin zənginliyi dövlət müstəqilliyimizin qorunub saxlanılmasında ulu öndərimizin ən böyük yardımçısı kimi mühüm rol oynadı. Ölkəmiz inkişaf etdi, beynəlxalq aləmə inteqrasiyamızın yeni mərhələləri başlandı və dünyanın inkişaf etmiş ölkələrinin sırasına qatılmaq üçün yeni imkanlar əldə etdik. Bütün bunlar mövcud iqtisadi imkanlarımızın daha da genişləndirilməsi üçün yeni üfüqlər açırdı. 2003-cü ilin oktyabrından – ümummilli liderimiz Heydər Əliyevin özü qədər inandığı Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoydu. Cəmiyyət həyatının bütün sahələrində köklü surətdə müasirləşmə, yeniləşmə tendensiyasına start verildi. İlk növbədə beynəlxalq aləmə inteqrasiyanı genişləndirmək üçün diplomatiyamız yeni müstəvidə fəaliyyətə başladı. Paytaxtla yanaşı, bütün bölgələrin bərabər inkişafına nail olmaq üçün “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edildi. Nəticədə işsizlik və yoxsulluq kimi problemlərin qaldırılmasına zəmin yarandı. Məktəb tikintisi və mövcud məktəblərin əsaslı şəkildə təmir və bərpa edilməsi yeni vüsət aldı. Azərbaycan məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə görə bütün postsovet məkanında ən yüksək nəticələrə imza atdı. Ölkədə aparılan hərtərəfli islahatlar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə, ən yaxşı biznes mühiti olan ölkə, adambaşına düşən ümumi daxili məhsul istehsalına görə ən yüksək göstərici qazanmış ölkə, tolerantlığın yüksək səviyyədə təmin edildiyi ölkə və bir çox başqa sahələrdə özünəməxsus nümunələr yaratmış ölkə kimi hamı tərəfindən təqdir edildi. Ancaq dünya ekspertləri Azərbaycanda həyata keçirilən başqa bir addımı daha yüksək qiymətləndirməyə başladılar. Bu, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ayrılan vəsaitin ildən-ilə artırılması məsələsi idi. Xüsusən, Prezident İlham Əliyevin “biz neft sektorundan əldə edilən vəsaitin qeyri-neft sektorunun da inkişafına sərf edəcəyik”, “neft sektorundan əldə edilən kapitalın insan kapitalına — intellektual kapitala çevrilməsi bizim əsas vəzifələrimizdən biridir” — ifadələri beynəlxalq təşkilatlar və dünya siyasətçiləri tərəfindən böyük maraqla qarşılanmağa başladı. Dövlət başçımızın daha mükəmməl, ölkəmizdə və xaricdə böyük maraqla qarşılanan addımlarından biri də respublikamızda turizmin inkişaf etdirilməsi üçün atılan uğurlu addımlardır. Məhz İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində bu gün Azərbaycanda turizm həyat tərzimizin bir hissəsi kimi inkişaf edir. Bu sahə artıq büdcənin əsas gəlir mənbələrindən birinə çevrilməkdədir. Dövlətin bu sahəyə qayğısı ölkəmizə gələn xarici turistlərin sayını ildən-ilə artırır. Dövlət başçımızın 2006-cı il yanvarın 30-da imzaladığı fərmanla ölkədə Mədəniyyət və Gənclər, İdman və Turizm nazirlikləri ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi adlı yeni qurum formalaşdırılmışdır ki, bu da turizmin ən çox əlaqəli olduğu mədəniyyət sahəsi ilə birlikdə idarə edilməsinə zəmin yaratmışdır. Elə həmin il respublikamızda ali təhsil verən Turizm İnstitutu fəaliyyətə başlamışdır. Bu institut kadr hazırlığı sahəsində bir çox beynəlxalq təşkilatların təcrübəsindən və dəstəyindən bəhrələnir. Daha maraqlı məqamlardan biri də odur ki, müstəqil Azərbaycan Respublikası turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, İtaliya, Rumıniya, Ukrayna, Gürcüstan, Moldova, Belarus, Qətər və başqa ölkələrlə əməkdaşlıq üçün hökumətlərarası sazişlər imzalamışdır. Eyni zamanda bu sahədəki əməkdaşlığımız Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, GUAM, MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla da geniş miqyasda davam etdirilir. Ölkəmizdə turizm sərgilərinin keçirilməsi ənənəsi də bu sahədəki uğurlarımıza təkan verir. Bu gün Azərbaycana xaricdən gələnlərin 80 faizdən çoxunu turistlər təşkil edir. Bu qədər turistlər ən müasir tələblərə cavab verən 350-dən çox mehmanxana və otellərdə istirahət edirlər. Biz məmnunuq ki, ölkənin bütün regionlarında fəaliyyət göstərən turizm obyektlərində Mingəçevir Turizm Kollecinin məzunları da fəaliyyət göstərirlər. Yeri gəlmişkən onu da qeyd edim ki, Mingəçevir Turizm Kolleci Azərbaycan dövləti bu sahəni peşəkar kadrlarla təmin etmək üçün həyata keçirdiyi tədbirlər çərçivəsində yaradılmışdır. Belə ki, cənab dövlət başçımızın göstərişinə əsasən Nazirlər Kabineti 2006-cı il fevral ayının 13-də Mingəçevir Turizm Kolleci yaradılması barədə qərar qəbul etmişdir. Kollecin təsisçisi Mədəniyyət və Turizm Nazirliyidir. Əsas vəzifəmiz turizm sahəsi üçün orta ixtisas təhsilinə malik olan bacarıqlı, səriştəli mütəxəssislər hazırlamaqdır. Kollecdə səkkiz ixtisas üzrə 1800 tələbə təhsil alır. Müəllimlərimizin hamısı (onlar 160 nəfərə yaxındır) yüksək hazırlıqlı mütəxəssislərdir. Bir məsələni də qeyd edim ki, nazirlik rəhbərliyi bizim kollecin beynəlxalq əlaqələr yaratmasına daim qayğı göstərir. Artıq xeyli müddətdir ki, Britaniya Şurasının “iş üçün bacarıqlar” layihəsi əsasında Şotlandiyanın Stevenson Kolleci ilə əməkdaşlıq edirik. Dövlətlərarası razılaşmaya əsasən ötən ildən Rumıniyanın Braşev şəhərindəki “Andrei Barseanu” iqtisadi kolleci ilə əməkdaşlığa başlamışıq. Bu əlaqələr Azərbaycan turizim sektoru üçün səriştəli kadrlar hazırlamaqda bizə yaxından kömək edir. Kollecdə “turizm və onun təşkili”, “mehmanxana işi və onun təşkili”, “ingilis dili”, “ibtidai təhsil”, “turizm sektorunda tibbi xidmətin təşkili”, “mühasibat uçotu və audit”, “bədən tərbiyəsi və idman” ixtisasları vardır. Xüsusi təchiz edilmiş kompyuter otaqları, kitabxana, elektron kitablar tələbələrin xidmətindədir. Tələbə gənclər təşkilatının həyata keçirdiyi tədbirlər, əlaçılarımız və olimpiyaçılarımız təkcə şəhərimiz və nazirliyimiz üçün deyil, eləcə də bütün Azərbaycan gəncliyi üçün üz ağlığı gətirən faktlarımızdır. Hörmətli nazirimiz Əbülfəs Qarayev bu nazirlik çərçivəsində fəaliyyət göstərən hər bir qurumdan və hər bir sıravi əməkdaşdan məhz Azərbaycanın adına layiq xidmət göstərməyi tələb edir. Bunun üçün isə hərənin yaşadığı və işlədiyi ərazinin turizm imkanlarını dərindən bilərək təbliğ etməsi vacibdir. Bu baxımdan biz Mingəçevirin turizm şəhəri kimi əhəmiyyətini daim təbliğ edirik. Həm müəllimlərimiz, həm də tələbələrimiz şəhərimizin tarixini, mədəniyyət abidələrini, görməli yerlərini incəliklərinə qədər öyrəniblər. Həmin məqamlardan bəzilərini hörmətli oxuculara da təqdim edirik. Dünyanın iqtisadi xəritəsində mühüm energetika mərkəzlərindən biri kimi göstərilən gənc sənaye şəhəri Mingəçevirin əsası XX əsrin 40-cı illərinin axırlarında — 50-ci illərin əvvəllərində qoyulmuşdur. Mingəçevir adı türk mənşəli Minciçöhr adlı sərkərdənin adı ilə əlaqələndirilir. Ərəb tarixçisi Təbarinin yazdığına görə IX əsrdə, cilafət dövründə Azərbaycanın müvəqqəti hakimi olmuş sərkərdə Mingiçöhr məhz bu yerdə özünə iqamətgah yaratmışdır. Lakin xilafət rəhbərləri onu həbs edərək zindana salmışlar. Başqa fərziyyəyə görə isə şəhərin adının mənası “geri qayıt, daha yol yoxdur” deməkdir. XVII əsr türk səyyahı Övliya Çələbi özünün “Səyahətlər” kitabında yazırdı: “Qədimdə Kür çayının sağ sahilində Mingəçevir adlı yer olmuşdur”. Mingəçevir ərazisindən qazıntı zamanı tapılmış (burada qədim məbəd aşkar edilmişdir) daş kitabə arxeoloqların böyük marağına səbəb olmuşdur. Həyat mənbəyi olan çiçəyə can atan iki tovuz quşunun təsviri çəkilmiş daş fiqurun yuxarı hissəsində alban əlifbası ilə yazı həkk edilmişdir. Burada tapılmış yunan, Roma və Sasani sikkələri həmin tikililərin V-VI əsrlərdə tikildiyinin sübut edir. Kür çayının sahilində, mənzərəli bir yerdə salınmış Mingəçevir şəhəri yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Şəhərdə maraqlı arxitekturaya malik müasir binalar, geniş xiyabanlar, yaraşıqlı küçələr çoxsaylı mədəniyyət və iaşə obyektləri, məscid vardır. Kürün sahilindəki restoranlar və qonaq qəbul edən milli üslublu obyektlər turistləri daha çox maraqlandırır. Göl və çimərlik, Kürün sahilindəki Olimpiya avarçəkmə bazası, “Kainat” mehmanxanası, “Günəşli” turist bazası, “Atəşgah” restoranı, “Ana kür” və “Kosmos” kafeləri isə turistlərin böyük məmnunluqla üz tutduqları zəngin təəssüratla qayıtdıqları məkanlardır. Biz kollecimizin qonaqlarına və ünsiyyətdə olduğumuz insanların hamısına şəhərimizin turizm imkanları barədə danışarkən məhz bu məqamları yada salırıq. Bütün bu faktları sadaladıqdan sonra yenidən yazının əvvəlinə qayıtmaq istəyirəm. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını təmin edən dövlət siyasəti ölkəmizin daha sürətli inkişafına zəmin yaradır. Məmnunuq ki, həmin inkişafda bizim kollecin də özünəməxsus xidmətləri vardır. Məhz bu xidmətin təşkilinə görə dövlətimizə və nazirliyimizə minnətdarlıq edirik. Əyyub ƏYYUBOV, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor, Avropa Təbiyyat Elmləri Akademiyasının üzvü.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 409

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

Fənn birləşmələri və kabinet müdirləri ilə keçirilən müşavirələr.

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci