ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





20 Yanvar facisəsinin 24-cü il dönümü

Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan 1990-cı ilin 20 yanvar faciəsinin 24-cü ildönümü kollecdə silsilə tədbirlərlə qeyd olunur.


Tələbələr arasında 20 Yanvar mövzusunda inşa müsabiqəsi keçirilmiş, qruplar tərəfindən divar qəzetləri hazırlanmışdır. Yanvarın 17-də bütün qruplarda bu mövzuda dərslər keçirilmiş tələbələrlə faciənin mahiyyətini izah edən söhbətlər aparılmışdır. Yanvarın 17-də həmçinin kollecin Heydər Əliyev İdeoloji mərkəzində “ Yanvar Azərbaycan xalqının milli –azadlıq hərəkatı tarixinin şanlı səhifəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfrans zalında müvafiq tərtibat işləri aparılmış, masalara faciəni əks etdirən kitablar ,jurnallar, buketlər qoyulmuşdu. Əvvəlcə , yanvar hadisəsindən görüntülərin əks olunduğu video çarx nümayiş etdirildi.

Konfransda giriş sözü ilə kollecin direktoru prof Əyyub Əyyubov çıxış etdi. Prof. Ə. Əyyub 1990-ci ilin 20 yanvar hadisəsini Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu vurğuladı. Şəhidlərimizin xatirəsinin daima ehtiramla anıldığını qeyd etdi. Əyyub müəllim ulu öndər H. Əliyevin həmin faciəvi günlərində xalqı ilə birgə olduğunu və Moskvanın qanlı əməlinə qəti etiraz bildirdiyini də iştirakçılara xatırlatdı.

   Konfransda fənn komissiyasının sədri Ceyhun Abdullayev  “20 yanvar faciəsini doğuran səbəblər”,  tarix müəllimi Əli Həsənov  “1990-cı ilin yanvarında Sovet Ordu hissələrinin Bakı şəhərinə hücumu və onun qanlı nəticələri”, ədəbiyyat müəllimi Nərgiz Əliyeva “20 yanvar şəhidləri haqq ədalətin müdafiəsi uğrunda canlarını qurban verdilər”, tarix müəllimi Eldar Dərişov  “Ulu öndər H.Əliyevin qanlı aksiyaya sərt etirazı və xalqımızın haqq səsinin dünyaya yayması”  tarix müəllimi Məleykə Vəliməmmədova  “ 20 yanvar şəhidlərinin xatirəsi tarixi yaddaşımızda xüsusi yer tutur” mövzularında maraqlı mənzərələrlə çıxış etdilər.

Toplantının rəsmi hissəsindən sonra kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın 20 Yanvar faciəsi ilə bağlı tələbələrlə hazırladığı ədəbi bədii kompozisiya nümayiş etdirildi. 


 
Əlavə edilmə tarixi: 17.01.2014   |   Baxılma sayı: 937

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci