ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci "Yeni il" bayramında

31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramının təntənəli şəkildə qeyd olunması üçün kollecdə ciddi hazırlıq işləri aparılmışdır.


       Bayram tədbiri dekabrın 29-da Mingəçevirin “Kosmos” şadlıq sarayında keçirildi. Mərkəzdə bayram yolkası qurulmuş, salonun özü isə kollecin emblemi və bayram təbriklərinin əks olunduğu plakatlarla bəzədilmişdir. Mingəçevir televiziyası vasitəsilə televiziya çəkilişi həyata keçirilirdi. Təbdirin aparıcıları və bədii nömrələrin ifaçıları qismində də kollecin müəllimləri və əməkdaşları çıxış edirdilər. Aparıcılar Türkan Kazımova və Aygül Rəhimova tədbir iştirakçılarını salamlayaraq hər kəsi bayram şənliyində fəal iştirak səslədilər. Tədbir üçün ilk söz kollecin direktoru prof. Əyyub Əyyubova verildi. Ötən ilə qısa nəzər salan Əyyub müəllim 2013-cü ili kollecin kollektivi üçün uğurlu bir il kimi qiymətləndirdi. Başa çatmaqda olan ildəki tədris nailiyyətlərini, keçirilmiş tədbirləri bir daha yada saldı. Əyyub müəllim 2014-cü ilin də kollektiv, şəhərimiz və bütün ölkəmiz üçün belə uğurlu olmasını arzu etdi.

    Həmkarlar Təşkilatının sədri, dos. İbrahim Əyyubov çıxış edərək müəllim heyətini Yeni il münasibəti ilə təbrik etdi. Müəllimlərə Həmkarlar Təşkilatının adından bayram hədiyyələri paylandı.  

      Direktor müavini Əşrəf Əsgərov, şöbə müdiri Şıxməmməd Məmmədov da təbrik nitqləri ilə çıxış etdilər, bayram tədbirinin xarakterinə uyğun maraqlı hadisələri yada saldılar.

      Kollecin bütün fənn komissiyaları öz təbriklərini səsləndirdilər, maraqlı nömrələrlə çıxış etdilər. Tədbirdə müəllimlərin iştirakı ilə mahnı müsabiqəsi, şeir müsabiqəsi də keçirildi. Yeni il bayramının ənənəvi personajları Şaxta baba və Qar qızın iştirakı da tədbirdə xüsusi canlanma yaratdı.  Kollecin əməkdaşı Aydın Quliyevin ifa etdiyi mahnılar, bir-birini əvəz edən rəqs havaları bayram tədbirinin proqramını zənginləşdirdi.

Bayram şənliyi kollektivin bütün üzvlərinin ifasında Yallı rəqsi ilə başa çatdı.


 
Əlavə edilmə tarixi: 08.01.2014   |   Baxılma sayı: 2853

                                

Paylaş      

SON BAXILANLAR

Xocalı soyqırımının 22-ci ildönümü
Ölkənin bütün elm və tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də Xocalı faciəsinin 22-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur.

9 May Qələbə günü / May 9, Victory Day

Allah rəhmət etsin
Mingəçevir Turizm Kollecinin müəllimi Mahmudov Məmməd Usman oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi “Soyuq Bulaq” istirahət mərkəzində
Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur.

Turizm Kolleci məqsədyönlü addımlar atmaq niyyətindədir.
Tarixin dərinliklərindən qaynaqlanan Azərbaycan xalqının milli-mənəvi dəyərləri müasir dünyanın kültürəl ənənələrinin qorunmasında və inkişafında önəmli rol oynaya bilər.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci