ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Ulu öndərin anım günü

Bu günlərdə ölkənin hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecində də ümummilli lider Heydər Əliyevin anım günü böyük ehtiramla yad edilir.


Dekabrın 10 – da kollecdə YAP 38 saylı ərazi təşkilatı ilə birgə “Heydər Əliyevin Azərbaycanın milli maraqlarına və bəşəri inkişafına xidmət edən uzaqgörən siyasəti uğurla davam edir” mövzusunda elmi – nəzəri konfrans keçirildi. Konfransda giriş sözü ilə çıxış edən kollecin direktoru, prof. Əyyub Əyyubov ulu öndərin parlaq ömür yolu və siyası fəaliyyətinin əsas mərhələlərini qısa olaraq konfrans iştirakçılarına xatırlatdı. Azərbaycan milli dövlətçilik tarixində bu dahi şəxsiyyətin əvəzolunmaz xidmətlərini yada saldı, onun əziz xatirəsinin daima xalqımızın qəlbində yaşayacağını vurğuladı.

        Konfransda kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri, dos. İbrahim Əyyubov “H. Əliyev Azərbaycan dövlətinin memarı və qurucusudur”, riyaziyyat müəllimi Aygün Hüseynova “Daimi qürur hissi ilə xatırlayacağımız dahi”, “Dillər” fənn komissiyasının sədri, filologiya elmlər namizədi Xanım Məmmədova “H. Əliyevin milli və siyası liderlik fəaliyyəti”, biologiya müəllimi Çinarə Allahverdiyeva “Ulu öndərin müstəqil dövlət quruculuğu sahəsində apardığı işlərin əsas istiqamətləri”, incəsənət müəllimi Sevda Kərimova “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideyası”, tarıx müəllimi Çingiz Nəbiyev “Ulu öndərin dövlətçilik siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzularında maraqlı məruzələrlə çıxış etdilər.

      Tədbirin bədii hissəsində kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış, ulu öndərə həsr olunmuş ədəbi – bədii kompozisiya nümayiş etdirildi. 


 
Əlavə edilmə tarixi: 13.12.2013   |   Baxılma sayı: 950

                                

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci