ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir -65

Mingəçevir Turizm Kollecinin kollektivi şəhərimizin 65 illik yubileyinin qeyd olunmasına böyük coşğu ilə hazırlaşır.


     Bu münasibətlə kollecdə tələbələr arasında müxtəlif idman yarışları, inşa-yazı, rəsm əsərləri müsabiqələri keçirilmiş, qruplar tərəfindən rəngarəng divar qəzetləri hazırlanmışdır. Yubileyə həsr olunmuş bayram şənliyi isə noyabrın 8-də keçirildi. Bu münasibətlə kollecin ərazisi və tədris binası müvafiq şüar və plakatlarla bəzədilmişdi. Tədris korpusunun I mərtəbəsində müsabiqənin qalibi sayılmış rəsm işlərindən ibarət sərgi təşkil olunmuşdur. Bayram şənliyinin keçirildiyi ərazidə yüzlərlə tələbə və müəllim toplanmışdı.

     Bayram şənliyi kollecin direktoru, professor Əyyub Əyyubovun təbrik nitqi ilə başladı. Əyyub müəllim Mingəçevirin tarixinə qısa nəzər saldı, şəhərin ilk qurucularının əməyini yada saldı. Prof. Əyyub Əyyubov Mingəçevirin müasir  Azərbaycan  Respublikasında tutduğu mövqedən fəxrlə söhbət açdı, ölkə rəhbərliyinin şəhərin inkişafına göstərdiyi diqqət və qayğısını xüsusi vurğuladı. 

     Bayram şənliyi kollecin bədii öz fəaliyyət qrupunun hazırladığı rəngarəng bədii-musiqili nömrələrlə davam etdirildi. Rəqs qrupunun üzvləri ritm, ləzgi və xarici rəqslər ifa etdilər.


 
Əlavə edilmə tarixi: 08.11.2013   |   Baxılma sayı: 801

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci