ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





18 oktyabr “Müstəqillik günü”

Oktyabr ayının 17-də Azərbaycanın Dövlət Müstəqilliyinin 22-ci il dönümü münasibətilə Mingəçevir Turizm Kollecində rəngarəng tədbirlər təşkil olunmuşdur.


Oktyabr ayının 17-də kollecin Heydər Əliyev adına ideoloji mərkəzində “Ümummilli lider Heydər Əliyev siyasəti müstəqil Azərbaycan Respublikasını uğurla inkişaf etdirir”  mövzusunda elmi-nəzəri konfrans keçirildi. Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlandı. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov müstəqillik gününün xalqımızın müasir tarixində xüsusi yer tutduğunu bildirdi. Prof. Ə.A.Əyyubov konfrans iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi. Ölkəmizin dünya birliyində öz layiqli yerini tutduğunu və dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində ciddi uğurlar qazandığını vurğuladı. O, bu ilki istiqlal bayramı ərəfəsində ölkəmizdə daha bir əlamətdar hadisənin baş verdiyini- oktyabr ayının 9-da keçirilmiş prezident seçkilərində dövlət başçısı cənab İlham Əliyevin xalqın böyük dəstəyini alaraq növbəti müddətə ölkə preszidenti seçildiyini də xatırlatdı.

     Tədbirdə kollecin Həmkarla İttifaqı Komitəsinin sədri dos. İbrahim Əyyubov, tarix müəllimi Çingiz Nəbiyev, biologiya müəllimi Çinarə Allahverdiyeva, nəqliyyat müəllimi Çinarə Məmmədova, fənn komissiyasının sədri Ceyhun Abdullayev və tari müəllimi Eldar Dərişov mövzuya həsr olunmuş maraqlı məruzələrlə çıxış etdilər.

      Təntənəli yığıncaq kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış ədəni-bədii kompozisiyanın nümayişi ilə başa çatdı. 


 
Əlavə edilmə tarixi: 21.10.2013   |   Baxılma sayı: 1703

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci