ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Bilik günü

Yeni 2013-2014-cü tədris ilinin başlanması Mingəçevir Turizm Kollecində sentyabr ayının 16-da keçirilmiş tən-tənəli bayram mərasimi ilə qeyd edildi.


Bayram şüarları ilə bəzədilmiş əsas tədris binasının qarşısındakı ərazidə toplaşmışyüzlərlə tələbə tədbirin başlanmasını səbrsizliklə gözləyirdi. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başlandı. Tədbirin aparıcıları TXT-18 qrupunun tələbəsi Xəlilzadə Günel və M-19 qrupunun tələbəsi Süleymanlı Fəridə müəllim və tələbələri salamlayaraq, yeni dərs ilinin başlanması münasibətilə xoş arzularını çatdırdılar. Daha sonra kollecin direktoru prof. Ə.A.Əyyubov geniş təbrik nitqi ilə çıxış etdi. Pedaqoji kollektivi və tələbə heyətini “Bilik günü” münasibətilə təbrik edən Ə.Əyyubov hamıya yeni ders ilində uğurlar və nailiyyətlər arzu etdiyini bildirdi. Mingəçevir Turizm Kollecinin uğurları, ənənələri və tədris şəraiti barəsində yeni qəbul olunmuş tələbələri məlumatlandıran prof. Ə.Əyyubov onlara kollecdəki  tələbəlik həyatını mənalı keçirtməyi arzuladı.

    Bayram tədbiri kollecin özfəaliyyət qrupunun hazırladığı maraqlı bədii nömrələrlə davam etdirildi. İsmayılova Leyla Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi  şeiri səsləndirdi. Tələbələr Hacıyeva Aydan, Mustafayev Hüseyn və kollecin əməkdaşı Quliyev Aydının ifa etdikləri nəğmələr isə tədbiri  daha da canlandırdı. Rəqs qrupunun nümayiş etdirdiyi milli rəqslər və avar rəqsi də iştirakçılar tərəfindən maraqla qarşılandı.  Yeni tədris ilində kollecə yüksək balla qəbul olumuş tələbələr- Səmədzadə Rufanə və Şabanova Aysel çıxış edərək ürək sölərini çatdırdılar. Sonda söz tədris şöbəsinin müdiri Qəhrəman Kərimova verildi. Əvvəlcə yeni dərs ilinin  başlanması münasibətilə hər kəsi təbrik edən Qəhrəman müəllim yeni qəbul olunmuş tələbələri onların qruplar üzrə bölgüsü barədə məlumatlandırdı. 


 
Əlavə edilmə tarixi: 18.09.2013   |   Baxılma sayı: 1634

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

Turizm fənləri üzrə elmi-nəzəri konfrans

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci