ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kollecin futbol komandası həvəskar komandalar arasında ölkə çempionudur.

MTK-nın idmançıları kollecin kollektivinə və şəhər ictimaiyyətinə böyük sevinc bəxş edən əhəmiyyətli qələbə əldə etmişlər.


Kolleci təmsil edən “MTK-Ulduz” futbol klubu həvəskar komandalar arasında keçirilmiş XV ölkə birinciliyinin qalibi olmuşdur. Ölkənin əksər bölgələrini təmsil edən 48 komandanın iştirak etdiyi gərgin yarış marafonu İsmayıllı Olimpiya Kompleksinin stadionunda keçirilən final oyunu ilə tamamlanmışdır. Həmin oyunda “MTK-Ulduz” komandasının futbolçuları yüksək hazırlıq və qələbə əzmi nümayiş etdirərək Masallının “Viləş” komandasına 3:1 hesabı ilə qalib gəlmişlər.

Avqustun 27-də MTK-da qalib komandanın futbolçuları ilə görüş keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən kollecin direktoru prof. Əyyub Əyyubov futbolçuların əhəmiyyətli uğur əldə etdiyini qeyd etdi. Şəhər miqyaslı yarışlarda həmişə uğurlu çıxış edən idmançılarımızın ilk dəfə respublika səviyyəli mötəbər turnirin qalibi olduqlarını vurğuladı. Final görüşünü şəxsən izlədiyini qeyd edən Əyyub müəllim “MTK- Ulduz” komandasının oyunundan məmnun qaldığını bildirdi və kollektivə bu qələbə münasibətlə təbriklərini çatdırdı. “MTK-Ulduz” komandasının məşqçisi Ənvər Nəsibov komanda üçün yaradılan şəraitə və göstərilən qayğıya görə prof. Əyyub Əyyubova təşəkkürünü bildirdi. O, xüsusilə qey etdi ki, həvəskarlar birinciliyində ali məktəbləri təmsil edən komandalar çox olsa da,”MTK-Ulduz” ölkə kolleclərini təmsil edən yeganə komanda olmuşdur.

Təbrik nitqi ilə çıxış edən kollecin Həmkarlar İttifaqı Təşkilatının sədri, dos. İbrahim Əyyubov komanda üzvlərinin Həmkarlar Komitəsi tərəfindən də mükafatlandırılacağını bildirdi. Kollecin direktor müavini Əşrəf Əsgərov, şöbə müdirləri Qəhrəman Kərimov və Şıxməmməd Məmmədov da təbriklərə qoşularaq komandanın qələbəsi münasibəti ilə ürək sözlərini çatdırdılar.

“MTK-Ulduz” komandasının üzvləri olan kollecin müəllimləri Namiq İbrahimli və Tural Kərimov çıxış edərək göstərilən qayğıya görə kollec rəhbərliyunə və şəhərin əlaqədar təşkilatlarına minnətdarlıqlarını bildirdilər.

Komandanın baş məşqçisi Ənvər Nəsibov çempionluq kubokunu, qızıl medalı, ölkə futbol federasiyasının diplomunun prof. Əyyub Əyyubova təqdim etdi, həmçinin futbolçuların avtoqrafları ilə bəzədilmiş futbol topunu ona hədiyyə etdi. Tədbirin sonunda prof. Əyyub Əyyubov “MTK-Ulduz” komandasının futbolçuları ilə xatirə şəkli çəkdirdi.

 

 

 

 

 

 

 

 

“MTK-Ulduz” komandasının heyəti

Nəsibov Ənvər Nəsib – baş məşqçi

Məmmədov Xaliq İslam – məşqçi

Kərimov Tural Adil – məşqçi

Futbolçular:

İbrahimli Namiq Elşən – komandanın kapitanı

Kərimli Elvin Vəli

Kərimov Elnar Tahir

Balakişiyev Vüqar Teyyub

Mirzəyev Orxan İlham

Abdullayev Nurlan Yusif

Hüseynov Pərviz Akif

Məmmədov Habil İlqar

Həşimov Azər Rasim

Bayramov Füzuli Tahir

Abbasov Mübariz Yusif

İsmayılov Məhəmməd Ələsgər

Mikayılov Alim

Abışov Rafayıl Lətif

Mirzəyev Fərman Şirvani

Şabanov Nail Həsənəli

Piriyev Elnur Camal


 
Əlavə edilmə tarixi: 28.08.2013   |   Baxılma sayı: 1166

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci