ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Yeni çap edilmiş kitab

Bu yaxınlarda “Cığırlarda izim qaldı” adlı kitab çapdan çıxmış və oxuculara tqədim olunmuşdur.


 

           Uzun illər mətbuatda publisistik və bədii yazıları ilə tanınan və Mingəçevir Turizm Kollecinin ədəbiyyat müəllimi Əşrəf Bayram oğlu Əsgərov əsl pedaqoq, gözəl ziyalı və sözü ilə əməli bir olan, qəlbində daim vətən sevgisi daşıyan insanlardandır.

           Bu yaxınlarda onun “Cığırlarda izim qaldı” adlı ikinci kitabı çapdan çıxmış və öz oxucularına tqədim olunmuşdur.

           İstedadlı qələm sahibinin kitabda toplanan ən maraqlı povest, hekayə və dram əsərində saf insani keyfiyyətlərdən, təmiz məhəbbətdən, övlad həsrətindən, torpağa bağlılıqdan, sənətə və elmə məhəbbətdən bəhs olunur. Qeyd olunan keyfiyyətləri onun “Mətləb”, “Hünər və İnam” povestlərində, “Təbəssüm” pyesində, “Sevinc”, “Sonsuzluq yükü”, “Niyazın qəlbi”, “Oğul, atanı tanı!” və s. hekayələrində də görmək olar.

           Müəllifin “Qəbul günüm deyil” hekayəsində bəzi idarələrimizdə olan süründürməçilik və “Kişisən, alçalma!” hekayəsində isə yaltaq və ikiüzlü adamların daxili aləmi ifşa edilmişdir.

         Kitaba həmçinin müəllifin elmi-tədqiqat, publisistik məqalələri və 1969-1971-ci illərdə M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri işləyərkən teatrın səhnəsində oynanılan əsərlər və aktyorlar haqqında “Mingəçevir işıqları” qəzetində dərc etdirdiyi məqalələr daxil edilmişdir.

 


 
Əlavə edilmə tarixi: 01.08.2013   |   Baxılma sayı: 557

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci