ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi “Soyuq Bulaq” istirahət mərkəzində

Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur.


Hər il onlar üçün bölgənin tarixi, səfalı güşələrinə səfərlər təşkil edilir. Bu ilki istirahət üçün isə  Şəki rayonunda yerləşən “Soyuq Bulaq” istirahət zonası seçilmişdi. Pedaqoji kollektivin Şəki rayonuna səfəri iyul ayının 7-də həyata keçirildi. Səfərdə kollektivin 80-dən çox üzvü iştirak edirdi. İstirahət zamanı  iştirakçılar üçün 3 dəfə süfrə açıldı. Nahar süfrəsi arxasında tədris ilinin yekunları, təəssüratları barəsində səmimi fikir mübadiləsi aparıldı. Kollecin direktoru i.e.d. prof. Ə.A.Əyyubov müəllimləri tədris ilinin sona çatması münasibətilə təbrik etdi, onlara xoş istirahətlər  arzuladı. Direktor müavini Ə.B.Əsgərov, tədris şöbəsinin müdiri Q.Ş.Kərimov, müəllimlərdən S.Hüseynov, S.Kərimova  da çıxış edərək, öz ürək sözlərini çatdırdılar. İstirahət zamanı  müxtəlif əyləncəli oyunlar  təşkil olundu. Kollektiv tərəfindən şerlər söylənildi, rəqs edildi. Gün ərzində müəllimlərimiz istirahət zonasının ətrafında yerləşən mənzərəli yerlərə, tarixi abidələrə baş çəkdilər. Xüsusilə də Kiş çayı və onun sahili gəzintisi, Alban kilsəsinə ziyarət  iştirakçılarında xoş  təəssürat yaratdı. Pedaqoji kollektiv istirahət məkanında çoxlu xatirə şəkilləri çəkdirdilər. “Soyuq Bulaq” istirahət zonasına səfər  şən əhval-ruhiyyədə başa çatdı.


 
Əlavə edilmə tarixi: 09.07.2013   |   Baxılma sayı: 4980

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi
Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci