ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





TEMPUS layihəsi ilə əlaqədar Tiflisdə görüş.

2006-cı ildən fəaliyyətə başlayan Mingəçevir Turizm Kolleci qısa müddətdə öz fəaliyyətini yüksək səviyyədə quraraq artıq bir sıra uğurlar əldə etmişdir.


     Azərbaycan turizm sənayesi üçün qarşısına yüksək səviyyəli mütəxəssis hazırlığı vəzifəsini qoymuş kollecdə hazırlanan 2000-dən çox mütəxəssis ölkənin turizm və mehmanxana şəbəkələrində artıq uğurla çalışmaqdadırlar. Kollec rəhbərliyi bütün vasitələrlə tədrisin səviyyəsini yüksəltməyə, daha yüksək səviyyəli mütəxəssis hazırlamağa çalışır. Bu məqsədə nail olmaqda kollecdə yaradılan yüksək tədris intizamı mühüm yol oynayır. Mingəçevir Turizm Kollecinin fəaliyyətini uğurlu qurduğu sahələrdən biri də kollecin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlardır. Britaniya Şurasının “İş üçün bacarıqlar” layihəsi əsasında Böyük Britaniya kollecləri ilə başlanan əməkdaşlıq, Rumuniyanın Andrei Barseanu, Rusiyanın Biznes və İqtisadiyyat, Rusiyanın Humanitar, Kazaxıstanın Almatı Dövlət Texnologiya və Menecment kollecləri ilə də davam etdirilir. Mingəçevir Turizm Kollecinin 2013-cü ildən yeni qoşulduğu Avropa Komissiyasının Tempus proqramı “Davamlı Turizm Menecment” layihəsi əsasında əməkdaşlıq ona bu sahədə daha çox uğurlar qazandıracağını artıq vəd etməkdədir. Layihə ilə əlaqədar olaraq kollecin direktoru iqtisad elmlər doktoru, prof. Ə.A. Əyyubov və kollecin müəllimi G. N. Nəbiyeva 20-26 yanvar 2013-cü il tarixlərində Almaniyanın Vilhelmsaven şəhərində yerləşən Yade Universitetində olmuşlar. Tempus proqramının bu layihəsinin vəzifəsi turizmin inkişafı məqsədi ilə turizm təhsilinin daha yaxşı qurulması üçün köməklik göstərməsidir. Layihədə Zaqafqaziya təhsil müəssisələri ilə Latviyanın müvafiq təhsil müəssisələri iştirak edir. Bu layihədə Azərbaycandan Mingəçevir Turizm Kolleci ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Gəncə Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti də iştirak edir. Həmçinin Azərbaycan nümayəndə heyətinin tərkibində Bakı Turizm İnformasiya Mərkəzi, “Ekosfera” Sosial-Ekoloji Mərkəz, Millennium Turizm və Konqress MMC və “Təbiət dostları” qeyri-hökumət gənclər təşkilatının nümayəndələri də iştirak etmişdir. Yade Universitetində əvvəldən razılaşdırılmış iş planına uyğun olaraq nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir. Proqram üzrə çıxışlar dinlənildikdən sonra müxtəlif işçi qruplar formalaşdırılmış və işçi qruplarının birlikdə hazırladıqları layihələrin yekunda təqdimatı keçirilmişdir. Mingəçevir Turizm kolecinin direktoru prof. Ə.A.Əyyubov və müəllim G.N.Nəbiyevə ikinci qrupda, davamlı turizm işçi qrupunda fəaliyyət göstərmişdir. Üç il fəaliyyət göstərəcək layihənin birinci ili üçün nəzərdə tutulan fəaliyyət proqramı da təsdiq edilmişdir. Görüşdə layihənin mərhələləri, iş bölgüsü aparılmış, işçi qurpların gələcək fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Əməkdaşlığın internet yazışmaları, skaype konfransları yolu ilə davamlı olaraq aparılması üçün razılıq əldə edilmişdir. Ötən mərhələdə layihə üzrə iş internet yazışmaları və skype konfransları vasitəsilə davam etdirilmişdir. İş planına uyğun olaraq layihənin iştirakçıları 26-29 iyun 2013-cü il tarixdə Gürcüstanın Tiflis şəhərində təşkil olunan konfransda bir araya gəlmişlər. Bu görüş zamanı ayrı-ayrı işçi qrupları müvafiq modulların hazırlanması üzərində işləmiş və hazırlana modulların təqdimatı keçirilmişdir. “Davamlı turizm” 2-ci işçi qrupunun işində kollecin direktoru prof. Ə.A.Əyyubov və müəllim Günay Nəbiyeva iştirak etmiş, müvafiq modulların hazırlanmasında və təqdimatında fəallıq göstərmişlər. Layihə rəhbərliyi qərara almışdır ki, növbəti görüş 2013-cü ilin noyabr ayında Riqa şəhərində keçirilsin.


 
Əlavə edilmə tarixi: 09.07.2013   |   Baxılma sayı: 777

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci