ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Narkomaniya əleyhinə maarifləndirmə

İyun ayının 18-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər Polis şöbəsi ilə birlikdə “Narkomanlıq ümumbəşər bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir” mövzusunda tədbir keçirildi.


Bu tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov, şəhər Polis şöbəsinin rəisi Ələsgər Bədəlov, Mingəçevir Narkoloji dispanserinin aparıcı mütəxəssislərindən Eldar Mustafayev və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Görüşü açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru prof. Ə.A.Əyyubov kəskin ictimai bəlalardan biri olan narkomanlığa qarşı gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd etdi, şəhər rəhbərliyinin və hüquq-mühafizə orqanlarının bu məsləyə diqqətini yüksək qiymətləndirdi. Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov öz çıxışında heç bir təşkilat və qurumun tərkibində narkomanlığın yayılmasına qarşı ciddi uğur əldə edə bilməyəcəyini qeyd etdi. O, bildirdi ki, bütün cəmiyyət, xüsusilə də gənclər bu işdə dövlət orqanlarına yardım etməlidir. Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ə.Bədəlov narkomanlığın son vaxtlar gənclər və qadınlar arasında geniş yayılmasının narahatlıq doğurduğunu vurğuladı. Hüquq-mühafizə orqanlarının bu bəlaya qarşı ciddi mübarizə apardığını bildirməklə yanaşı ümumxalq mübarizəsi aparmağın, narkotiklərə cəmiyyətdə ümumi bir nifrət hissi yaratmağın vacibliyini qeyd etdi.

    Mingəçevir Narkoloji Dispanserinin həkimi Eldar Mustafayev narkotiklərdən asılılığın yaranması barədə iştirakçılara məlumat verdi, o belə zərərli aludəçiliyininsanda yaratdığı mənəvi aşınmadan və insan orqanizminə vurduğu fəsadlardan bəhs etdi.

   Çıxışlardan sonra qonaqlar kollecin müəllim və tələbələrinin mövzuya dair çoxsaylı suallarını cavablandırdılar.

    Maraqlı fikir mübadiləsi şəraitində keçən görüşün sonunda yekun sözü ilə çıxış edən prof. Əyyub əyyubov qonaqlara öz təşəkkürünü bildirdi və narkomanlıq kimi ictimai bəlaya qarşı effektiv maarifləndirmə işi aparılması üçün kollecin şəhər Poliş Şöbəsi ilə səmərəli əməkdaşlığa hazır olduğunu qeyd etdi.   


 
Əlavə edilmə tarixi: 19.06.2013   |   Baxılma sayı: 2149

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci