ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Məzun 2013

Mingəçevir Turizm Kollecində Məzun günü qeyd edildi.


Mingəçevir Turizm Kollecinin yarandığı gündən bu günə qədər bu tədris müəssisəsini bitirmiş bir neçə min gənc müstəqil həyata atılaraq, ölkə iqtisadiyyatının yeni və perspektivli sahəsi olan turizm üzrə çoxsaylı müəssisələrdə fəaliyyətə başlamışdır. Cari tədris ilində də kolleci 741 nəfər məzun bitirir. Bu məzunlar 12 ixtisası təmsil edən 35 buraxılış qrupunda cəmlənmişlər.

    İyun ayının 18-də kollecdə 2012-2013-cü tədris ilinin məzunlarının buraxılış tədbiri keçirildi. Bu münasibətlə buraxılış qruplarının hər biri tədbirin keçirildiyi ərazidə özünə bir guşə yaratmış, hər qrup özünün bədii nömrəsini hazırlamışdır. Məzun gecəsinin aparıcıları- tələbələr Leyla və Hüseyin iştirakçıları salamlayarak, hər kəsi ürək sözünü söyləməyə tədris illəri ilə bağlı xatirələrini bölüşməyə dəvət etdilər.

    Kollecin direktoru prof. Ə.Əyyubov çıxış edərək məzunlarla bağlı xoş arzularını söylədi. Prof. Ə.Əyyubov məzunları səmimi qəlbdən təbrik edərək onlara şəxsi həyatlarında və əmək fəaliyyətində uğurlar arzuladığını bildirdi. O, kollecin ölkədə turizm üzrə kadr hazırlayan yeganə orta ixtisas müəssisəsi olduğunu xatırladaraq məzunlara bu perspektivli sahənin bacarıqlı mütəxəssisinə çevrilməyi arzuladı.

   Bundan sonra ürək sözlərini çatdırmaq üçün meydan məzunların ixtiyarına verildi. Əvvəlcə “Xarici dil” ixtisası üzrə təhsil almış məzunlar çıxış etdilər. Sonra növbə ilə “İbtidai təhsil”, “Turizm və onun təşkili” və qalan ixtisasların nümayəndələri də söz alaraq kolleclə bağlı təəssüratlarını bölüşdülər, arzularını dilə gətirdilər. Qrupların hazırladıqları rəqslər, nəğmələr və digər bədii nömrələr bir-birini əvəz edərək tədbiri canlandırdı. Xüsusilə də Hüseyin, Aydan və Şəhanənin ifa etdikləri həzin mahnılar məzunlar tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda prof. Ə.A.Əyyubov məzunları bir daha təbrik edərək qruplarla xatirə şəkilləri çəkdirdi. 


 
Əlavə edilmə tarixi: 19.06.2013   |   Baxılma sayı: 4493

                                

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci