ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





15 iyun Milli Qurtuluş Günü

Mingəçevir Turizm Kollecində 15 iyun Milli Qurtuluş günü hər il xüsusi təntənə ilə qeyd olunur.


Bu il də  bu əlamətdar tarixin  yüksək  səviyyədə  qeyd  edilməsi  üçün  xüsusi  hazırlıqlar  aparılmışdır. İyunun  13-də  kollecin  əsas  tədris  binasının  qarşısındakı  ərazidə  Milli Qurtuluş gününə həsr olunmuş  bayram  tədbiri  keçirildi. Əvvəlcə  tədbir  iştirakçılarının   canlı  ifasında  Azərbaycan  Respublikasının  Dövlət  himni  səsləndi. Tədbirin  aparıcılığını  həyata  keçirən  tələbələr Alagöz Mirzəyeva  və Şirinalı  Salikov  bayram  şənliyinin  iştirakçılarını  salamladıqdan  sonra  təbrik nitqi üçün söz kollecin  direktoru, professor Əyyub Əyyubova verildi. Əyyub  müəllim  müstəqilliyimizin  ilk  illərində  mövcud olmuş  siyasi  şəraiti  yada saldı, həmin  dövrdə  ölkənin  xilaskar  bir  qurtuluş  hərəkatına  ehtiyacı  olduğunu  bildirdi. Xüsusilə də  1993-cü ildə  yaranmış vəziyyəti,  dövlət  rəhbərliyinin  yaratmaz fəaliyyəti  nəticəsində  vətəndaş  müharibəsi təhlükəsinin  meydana  çıxdığını  xatırlatdı. Professor Əyyub Əyyubov  məhz ulu  öndər  Heydər Əliyevin  misilsiz  tarixi  xidməti  sayəsində  ölkəmizin  bəlalar  burulğanından xilas  olaraq  sürətlə  inkişaf  və çiçəklənmə yoluna  qədəm  qoyduğunu  vurğuladı. Əyyub  müəllim qeyd etdi ki, prezident  İlham Əliyev  ulu öndərin siyasi  kursunu uğurla  davam  etdirərək  ölkəni  yeni-yeni  uğurlara  doğru  aparır. Təbrik  nitqindən  sonra kollecin  bədii  özfəaliyyət qrupu  üzvlərinin ifasında  musiqi nömrələri bir-birini əvəz  etdi. Hüseyn və Aydanın  ifasında  səslənən  vətənpərvərlik  nəğmələri, Aytənin  səsləndirdiyi  şux  estrada  mahnısı  maraqla  qarşılandı. Tələbə  gənclərin  “Univiziya”  müsabiqəsinin  iştirakçıları  olan  Elşad və Poladın  dueti  də tədbirə rəng qatdı. Leyla  və Aysel isə  dövlətçiliyə  həsr  olunmuş  maraqlı  şeir  parçalarını  səsləndirdilər. Tədbirin  sonunda  kollecin  direktoru  professor  Əyyub Əyyubov  ulu öndər  Heydər Əliyevin 90 illik yubileyinə  həsr  olunmuş  tədbirdə fəal  iştirak  etmiş  bir  qrup  tələbəyə  fəxri  fərmanları təqdim etdi.


 
Əlavə edilmə tarixi: 13.06.2013   |   Baxılma sayı: 1221

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Ekskursiya
2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.

Mingəçevir Turizm Kollecinin əməkdaşları Mingəçevir şəhər nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun işğaldan sonra yenidən qurulan Cocuq Mərcanlı kəndini ziyarət edib
Məlum aprel döyüşləri zamanı Lələ-təpə yüksəkliyinin düşməndən geri alınması nəticəsində təhlükəsizliyi təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu gün yeni dirçəliş dönəmini yaşayır.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci