ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Təqdimat

“Avropa Nəşr Mətbu Evi” tərəfindən prof. Əyyub Əyyubov mükafatlandırıldı.


     May ayının 30-da Mİngəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində əlamətdar tədbir keçirildi. Bu tədbir kollecin direktoru prof. Əyyub Əyyubovun elmi yaradıcılıq və tədris sahəsindəki fəaliyyətinin “Avropa Nəşr Mətbu Evi” tərəfindən mükafatlandırılmasına həsr olunmuşdur.  Tədbirdə ilk olaraq çıxış edən Mingəçevir şəhər liseyinin direktoru Mayıl İsmayılov qonaqları- “Avropa Nəşr Mətbu Evi”nin prezidenti Şöhlət Səlimbəylini və yazıçı-publisist Elçin Nəsibi iştirakçılara təqdim etdi və fürsətdən istifadə edərək həmin təşkilatın diplom və qızıl medalı ilə təltif edilməsi münasibətilə prof. Əyyub Əyyubovu təbrik etdi. “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının sədri Şöhrət Səlimbəyli Azərbaycanın turizm sektoru üçün gənc mütəxəssislərin hazırlanmasında səmərəli fəaliyyətinə, ölkədə keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirakına, iqtisadiyyat və turizm sahəsində olan dəyərli elmi kitablarına, tədri prosesi ilə bağlı yaradıcı elmi təkliflərinə və dövlətçiliyimizin təbliğində göstərdiyi xidmətlərinə görə prof. Əyyub Əyyubovun “Avropa Nəşr Mətbu Evi”nin diplomu və ən yaxşı vətənpərvər kollec direktoru qızıl medalı ilə təltif olunduğunu bildirdi, bu mükafatları prof. Əyyub Əyyubova təqdim etdi.

    Təqdimat tədbirinin iştirakçılarından yazıçı-publisist Elçin Nəsib, kollecin direktoru müavini Əşrəf Əsgərov, tədris şöbəsinin müdiri Qəhrəman Kərimov və fənn müəllimi Türkan Kazımova çıxış edərək prof. Əyyub Əyyubovu təbrik edərək öz ürək sözlərini çatdırdılar.

Tədbirin sonunda tədbir iştirakçıları kollecin həyətində xatirə şəkli çəkdirdilər.


 
Əlavə edilmə tarixi: 31.05.2013   |   Baxılma sayı: 1289

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci