ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü

Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir


Bu münasibətlə kollecin inzibati binası dövlət bayraqları, şüar və plakatlarla bəzədilmiş, tələbə guşələri və stendlər Respublika gününə aid divar qəzetləri və əl işləri ilə zənginləşdirilmişdi. Elmi nəzəri konfransda kollecin pedaqoji heyəti, tələbə kontingentinin üzvləri ilə yanaşı icra hakimiyyəti rəhbərliyinin və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edirdilər.  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş konfrans Azərbaycan Dövlət himninin səslənməsi ilə açılmışdır. Konfransda giriş nitqi ilə kollecin direktoru prof. Ə.A.Əyyubov çıxış etmişdir. Əyyub müəllim AXC-nın yaranması ərəfəsində mövcud olmuş siyasi şəraiti qısa olaraq təhlil etdi , cümhuriyyətin dövlətçilik tariximizdəki yerini dəyərləndirdi. Müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu qeyd edən prof. Ə.Əyyubov XX əsrin sonunda da istiqlalımızın çətinliklərlə əldə olunduğunu vurğuladı. Əyyub müəllim XX əsrdə ikinci dəfə əldə edilmiş müstəqilliyimizin möhkəmləndirilməsində ümummilli lider H.Əliyevin dönməz qətiyyətinin, ardıcıl məqsədyönlü fəaliyyətinin müstəsna rol oynadığını bildirdi.

      Konfransda Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Əliyev “Azərbaycanda müstəqil dövlət quruculuğu Ulu öndər H.Əliyev ideyalarının bəhrəsidir” mövzusunda məruzə ilə çıxış etdi.

      Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru Sahib Əliyevin “Müstəqil Azərbaycan Respublikası varislik prinsipini uğurla davam etdirir” mövzusunda məruzəsi də iştirakçılar tərəfindən maraqla qarşılandı.

      Kollecin müəllimləri Üzeyir Zeynalov “Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tarixində yeri”, Çingiz Nəbiyev “Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk parlamentli respublikadır”, Eldar Dərişov “Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu və erməni təcavüzünə qarşı mübarizəsi”, Mübariz Həmidov “Bakının azad olunmasında AXC rəhbərliyinin fədakarlığı”, Elnurə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyətinin süqut etmə səbəbləri”, Ceyhun Abdullayev “Azərbaycanın müasir uğurları H.Əliyev siyasi xəttinin davamıdır” mövzusunda maraqlı məruzələrlə çıxış etdilər.

      Tədbirin bədii hissəsində kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.

        AXC-nin yaranmasının 95-ci ildönümü və Respublika günü münasibəti ilə keçirilən konfrans prof. Əyyubov Əyyubun yekun nitqi ilə başa çatdı.


 
Əlavə edilmə tarixi: 30.05.2013   |   Baxılma sayı: 1293

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci