ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə səfəri

Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov Mingəçevir Turizm Kollecində olmuşdur.


 

       15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur. Hörmətli başçını kollecin  direktoru prof. Əyyub Əyyubov və kollecin rəhbər heyəti qarşılamışdır. Niyazi Bayramovun kollecə gəlməyinin əsas məqsədi kollecin iş fəaliyyəti ilə tanış olmaqdır. İlk olaraq kollecin həyətində İ-19 qrupunun tələbəsi Mirzəyeva Alagöz başçıya tələbə heyəti adından salamlayaraq tər  gül dəstəsi təqdim etmişdir. Daha sonra başçı Niyazi Bayramov kollecin binasına daxil olmuş, foyedə xüsusi monitorda kollecin iş fəaliyyətini, tədris prosesini, xarici ölkələrdəki təhsil müəssisələri ilə əməkdaşlığını, maddi-texniki bazasını və müəllim kontingentini əks etdirən slaydlarlarla tanış olmuşdur. Həmçinin tələbələrin çəkdikləri rəsm əsərləri, əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirmişdir.

     Prof. Əyyub Əyyubov kollecin fəaliyyəti haqqında cənab Niyazi Bayramova dolğun məlumat verdikdən sonra, onu müasir tədris avadanlıqları ilə təchiz olunmuş fənn laboratoriyaları və kabinetləri ilə tanış etdi.

    Niyazi Bayramov kollecin II mərtəbəsində  kompyuter mərkəzi, fənn komissyaları, test komissiyası və tədris şöbəsinin iş otağında oldu. Burada imtahan və dərs cədvəli ilə maraqlandı. “Dillər” fənn komissiyasının sədri Xanım Məmmədova fənn komissiyasının fəaliyyəti haqqında, “Pedaqogika və psixologiya” fənn komissiyasının sədri Züleyxa Əyyubova hazırlanan proqram materialları barədə, tədris şöbəsinin müdiri Qəhrəman Kərimov tədris plan və proqramları ilə, əyani və qiyabi şöbədə təhsil alan tələbələrin tədrisdəki fəaliyyəti haqqında, test komissiyasının üzvləri isə test suallarının tərtibatı barədə başçı Niyazi Bayramova geniş məlumat verdilər.

    Kollecin I və II mərtəbəsində yerləşən ulu öndər Heydər Əliyevin 90 illiyini, prezident İlham Əliyevin Mingəçevir şəhərinə səfərini əks etdirən fotolardan ibarət stendlərə baxış keçirilmişdir. İcra başçısı daha sonra kollecin III mərtəbəsində yerləşən Heydər Əliyev adına ideoloji mərkəzə, kompyuter otağına, ingilis dili, ədəbiyyat və turizm kabinetləri ilə tanış olmuşdur. İcra başçısı kollecdə MT-2, MT-4, İ-19, TT-31, M-17, TMT-11 qruplarında tədris gedişatı ilə tanış olmuş, tələbələrin  fikirlərini və  arzularını dinləmiş, tədris prosesindən məmnunluğunu bildirmişdir.

    Sonda İcra Başçısı Niyazi Bayramov kollecin yataqxana, idman zalı və  yol probleminin həllində kömək edəcəyini bildirmiş və xoş təəssüratlarla kollecdən ayrılmışdır.


 
Əlavə edilmə tarixi: 15.05.2013   |   Baxılma sayı: 2041

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci