ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Gül bayramı

Mingəçevir Turizm Kolleci Gül bayramını tenteneli qeyd etdi.


 

   Möhtərəm prezidentimiz cənab İlham Əliyevin imzaladığı “Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli sərəncamı Ulu öndərin unudulmaz xatirəsinə ümumxalq məhəbbətinin ifadəsi olmaqla yanaşı, ilk növbədə Heydər Əliyevin Azərbaycan  xalqı və dövləti qarşısında misilsiz  tarixi xidmətlərinə dövlət səviyyəsində verilən layiqli qiymət kimi dəyərləndirilir.

     Artıq ölkəmizdə digər bayramlarla yanaşı  10 may  ümum milli  lider Heydər Əliyevin anadan olduğu  gündə  gül  bayramının keçirilməsi ənənəvi  şəklini almışdır. Bu bayram  ilbəil daha mütəşəkkil və  yüksək hazırlıqlı tədbirlərlə qeyd olunur. Əvvəlki illərdə olduğu kimi Mingəçevir  şəhərində də  10 may 2013-cü il tarixində  gül bayramı keçirildi. Bu ilki gül bayramı Ulu öndər Heydər Əliyevin  90 illik yubileyinə düşdüyü üçün daha hazırlıqlı və  yüksək əhvali-ruhiyyə ilə keçirildi.Mingəçevir Turizm kolleci kollektivi də bu ilki gül bayramına yüksək səviyyədə hazırlaşmışdı. Bayram tədbirinə ümummilli liderin Abidəsi önünə gül dəstələri qoyulmaqla xatirəsinin yad edilməsi ilə başlandı. Əvvəlki illərdəkindən fərqli olaraq bu ilki tədbir  yüksək zövqlə, təmir və abadlıq işlərindən sonra şəhər sakinlərinin istifadəsinə verilmiş Sahil parkında keçirildi. Ayrı-ayrı kollektivlər üçün müəyyən edilmiş yerlərdə kollektivlər gül bayramına həsr olunmuş hazırlıq işlərini sərgiləyirdilər. Mingəçevir Turizm kollecinin  təşkil etdiyi sərgidə yüksək hazırlıq  və peşəkarlıq səviyyəsinə görə seçilirdi.

  Şəhər İcra Hakimiyyətinin  başçısi Niyazi Bayramov və şəhər rəhbərliyinin digər nümayəndələri kollektivlərin nümayiş etdirdikləri sərgi guşələrinə yaxınlaşır, kollektivləri bayram münasibəti ilə təbrik edir və onların təqdim etdikləri yaradıcılıq işləri ilə tanış olurdular.

  Şəhər rəhbərliyi Turizm kollecinin təşkil etdiyi sərgi guşəsinə yaxınlaşarkən kollecin direktoru i.e.d.  prof. Əyyub Əyyub şəhər İcra başçısı  Niyazi Bayramovu salamladıqdan  sonra qonaqları sərgidəki işlərlə tanış etdi. Tələbə  Hüseyn Mustafayev   “Xalq- Heydər söyləyəcək”    mahnısını  canlı olaraq ifa etdi.  Qonaqlar tələbənin gözəl ifasını  alqışladılar və  kollektivin bayram hazırlığını yüksək qiymətləndirərək  sərgilənən işlərin ən yaxşısı ,  və birinci yerə layiq olduğunu qeyd etdilər.

  Tədbirdə həmçinin, Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyevin 90 illiyi ilə əlaqədar keçirilən futbol  turnirində I yerə çıxmış Mingəçevir Turizm kollecinin futbol komandasını fəxri fərmanla təltif etdi.

 


 
Əlavə edilmə tarixi: 10.05.2013   |   Baxılma sayı: 1813

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda elmi nəzəri konfrans keçirilib.

Mingəçevir Turizm Kolleci beynəlxalq turizm sərgisində uğurla təmsil olunub
Uğurlarının sorağı ilbəil yeni coğrafiyalara uzanan Mingəçevir Turizm Kolleci bu günlərdə növbəti naliyyətə imza atıb.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Ekskursiya
2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.

Məmmədova Jalənin rəhbərliyi altında rus dili fənnindən “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım” mövzusunda açıq dərs keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci