ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Təbiəti qoruyaq mövzusunda diskussiya.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.


 

     Aprelin 15-də kollecin həyətindəki yaşıllıq ərazidə keçirilmiş bu tədbirdə “Kimya, biologiya və tibbi xidmətin təşkili” fənn komissiyasının sədri Şahzadə Şükürova, fənn müəllimi Aygül Rəhimova,  “Bədən tərbiyəsi və idman” ixtisası üzrə  BT-109 qrupunun  və  “Məktəbəqədər təhsil” ixtisası üzrə  MT-6 qrupunun  tələbələri iştirak etmişdilər. Diskussiyanın gedişində Ümummilli lider Heydər Əliyevin vətənimizin təbiəti, onun sərvətlərinin qorunması və təbiətə qayğı ilə yanaşılmasının vacibliyi barəsində fikirləri vurğulanmış, həyata keçirdiyi əməli tədbirlərdən söhbət açılmışdır. Tələbələrə ölkəmizin təbiətinin saflığının qorunması, ekoloji təmizliyin təmin olunması üçün ulu öndərin tövsiyələrinə əməl olunması bir daha xatırladılmışdır. Tədbir zamanı kollecin həyətində və ərazidə olan yaşıllıqlara qulluq göstərilmiş, ətraf ərazidə səliqə səhman yaradılmışdır.


 
Əlavə edilmə tarixi: 17.04.2013   |   Baxılma sayı: 3770

        

Paylaş      

SON BAXILANLAR

Xocalı soyqırımının 22-ci ildönümü
Ölkənin bütün elm və tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də Xocalı faciəsinin 22-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur.

9 May Qələbə günü / May 9, Victory Day

Allah rəhmət etsin
Mingəçevir Turizm Kollecinin müəllimi Mahmudov Məmməd Usman oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Mingəçevir Turizm Kollecinin kollektivi “Soyuq Bulaq” istirahət mərkəzində
Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur.

Turizm Kolleci məqsədyönlü addımlar atmaq niyyətindədir.
Tarixin dərinliklərindən qaynaqlanan Azərbaycan xalqının milli-mənəvi dəyərləri müasir dünyanın kültürəl ənənələrinin qorunmasında və inkişafında önəmli rol oynaya bilər.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci