ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər hazırlanır

Ümummilli liderin 90 illik yubileyinə ciddi hazırlıqlar görülür.


 

      Mingəçevir Turizm Kollecində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı müəyyən edilmişdir. Tədbirlər planına uyğun olaraq hər həftənin şənbə günləri kollecdə iməcliklər keçirilir. Artıq kollecin həyətində və çöl hissəsində müəllimlərin və tələbələrin iştirakı ilə 2000-dən artıq gül kolu əkilmişdir. Biologiya müəllimləri və tələbələrin köməkliyi ilə “Heydər Əliyev təbiətə qayğı ” mövzusundə diskussiya, kollecin kitabxanasında isə “Heydər Əliyev irsini öyrənirik” mövzusunda kitab sərgisi keçirilmişdir. Tələbələr tərəfindən ulu öndərin mənalı həyat yolunu əks etdirən albomlar tərtib edilmişdir. “Heydər Əliyev və Müstəqil Azərbaycan”  mövzusunda  inşa- yazı müsabiqəsi, divar qəzetlərinin qruplar arası müsabiqəsi keçirilir, tələbə və müəllimlərin “Zəka” klubunda, Gənclər təşkilatında və kütləvi informasiya vasitələrində çıxışları və müzakirələri davam edir.  Tələbələrdən Aslanov Elşad və Qəhrəmanlı Polad Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən mahnı müsabiqəsinin yarım final mərhələsində iştirak etmək hüququ əldə etmişlər.

   “Heydər Əliyevin ideaları yaşayır” mövzusunda rəsm və dekorativ işlərin müsabiqəsinin, futbol, voleybol, basketbol və tenis yarışlarının, “Heydər Əliyev və Azərbaycan diasporası” mövzusunda dəyirmi masanın keçirilməsi üçün hazırlıq işləri aparılır.  Kollecin  Heydər Əliyevin 90  illik  yubileyinə həsr etdiyi tədbirlər  şəhər Dram Teatrında keçiriləcək təntənəli tədbirlə  yekunlaşacaq.


 
Əlavə edilmə tarixi: 17.04.2013   |   Baxılma sayı: 702

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci