ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci Beynəlxalq sərgidə

“AITF 2013” “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirildi.


    Ölkələr arasında sərginin daimi iştirakçıları - Bolqarıstan, Kipr, Çexiya, BƏƏ, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misirin milli qrupları var idi.  Macarıstan, İndoneziya, İran, Çernoqoriya, Mərakeş, Krım (Ukrayna), Tailand və Tunisin milli qrupları isə buil ilk dəfə sərgidə iştirak edirdilər. Bir sıra aviaxəttlər və avia-agentliklər isə həm milli qrupların tərkibində, həm də ayrıca stendlərdə təmsil olunurdular. “Turkish Airlines”, “China Southern Airlines”, “Air Astana”, “Adria Airways” (Sloveniya), Aegean Airlines (Yunanıstan) və digər aviaşirkətlər ayrıca stendlərlə iştirak edirdilər.

 “Azərbaycanda istirahət” bölümündə öz iqlim xüsusiyyətləri, təbii ehtiyatları və çoxmillətli mədəniyyəti ilə birlikdə, respublikanın regionları - Xaçmaz, Quba, Qax, Şəki,  Mingəçevir, Gəncə, Masallı, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan, Balakən, Naxçıvan, Salyan, Sumqayıt, Lerik, Xızı, Zaqatala və Azərbaycanın digər rayon və şəhərlərinin ən məşhur kurort zonaları, mehmanxana və pansionatları təqdim olunmuşdur.

     Mingəçevir şəhəri sərgidə Mingəçevir Turizm Kolleci və River-side oteli ilə təmsil olunurdu. Kollec ilk  dəfə müstəqil stendlə çıxış etdyi bu sərgiyə yüksək səviyyədə hazırlaşmışdı.

     Sərgidə kollecin direktoru i.e.d. prof. Əyyub Əyyubov, müəllimlərdən  Aydın Rəhimov, Tural Kərimov, Gülnar Hüseynova və tələbələr Vidadi Pənahov,  Cahan Cavadova iştirak etmişdilər.

    Sərgini Azərbaycan Respublikası Mədəniyət  və  Turizm naziri cənab Əbülfəs Qarayev açdı. Sonra tədbir başladı və  ayrı- ayrı ölkələrin,  şirkətlərin stendlərinə baxış keçirildi. Cənab nazir Əbülfəs Qarayev Mingəçevir Turizm Kollecinin hazırladığı stendlə tanış oldu. Kollecin direktoru prof. Əyyub Əyyubov kollecin fəaliyyəti və uğurlu beynəlxalq əlaqələrindən- Şotlandiyanın Stevenson, Rumıniyanın Andrei Barseanu, Rusiyanın  Moskva Humanitar, Moskva Biznes və İqtisadiyyat, Qazaxıstanın Almatı Dövlət Texnologiya və Menecmet kollecləri ilə olan əməkdaşlıqdan  və  kollecin TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti ilə əməkdaşlığa  başlamasından danışdı.  Eyni zamanda prof. Ə.Əyyubov Britaniya şurasının sifarişi ilə hazırladığı  “İşə  götürənlərlə təhsil müəssisələrinin əməkdaşlığı” adlı tövsiyələr kitabı haqqında məlumat verərək bildirdi ki, beynəlxalq təcrübədə belə əməkdaşlıqdan  yaxşı  nəticələr  əldə edilmişdir. Prof. Ə. Əyyubov Mingəçevir Turizm Kolleci  ilə River Side oteli arasında qurulmuş oxşar əlaqələr haqqında da  nazirə ətraflı məlumat vermişdir.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva  05.04.2013 cü il tarixdə «Baku Expo Center» sərgi və toplantı mərkəzində aprelin 4-6-tarixində keçirilən, XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2013) ilə tanış oldular. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verdi ki, sərgidə iştirakçı ölkələrin coğrafiyası hər il genişlənir. Bunun nəticəsidə, «AITF-2013» sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «ITE Group plc.» və onun tərəfdaşı olan «Iteca Caspian» şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turizm operatorları ilk dəfə iştirak edir. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer alıb. «AITF-2013» sərgisində 20 ölkə milli stendləri ilə çıxış edir. Həmçinin sərgidə Azərbaycanın 20-dən çox rayonunun turizm potensialı nümayiş olunur.

Bununla yanaşı bildirilib ki, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.

Prezident cənab İlham Əliyeva və Mehriban xanım Əliyeva yerli müəssisə və şirkətlərin nümayiş etdirdikləri stendlərə və həmçinin kollecin stendinə baxış keçirdilər.

Qeyd edək ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.

 

 

 


 
Əlavə edilmə tarixi: Nov 4 2013 12:00AM   |   Baxılma sayı: 1018

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci