ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





31 mart soyqırımı tariximizin yaddaşında

Mingəçevir Turizm Kollecində 1918-ci ilin 31 mart hadisələrinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.


Mingəçevir Turizm Kollecində 1918-ci ilin 31 mart hadisələrinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tələbələr arasında soyqırım mövzusunda inşa-yazı müsabiqəsi keçirilmiş, 31 mart faciəsinə həsr olunmuş rəsm əsərləri və divar qəzetlərindən ibarət xüsusi guşələr və stendlər təşkil edilmişdir. Martın 29-da kollecin Heydər Əliyev adına ideoloji mərkəzində “31 mart soyqırımı tariximizin yaddaşında” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Əvvəlcə konfrans iştirakçıları erməni faşizminin qurbanı olan bütün həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov 1918-ci ilin 31 mart hadisələrinin xatırlanmasının, öyrənilməsinin vacibliyini qeyd etdi. Ə.Əyyubov 31 mart soyqırımının yenidən araşdırılması və geniş ictimaiyyətə olduğu kimi çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini, onun 1998-ci ilin martın 26-da imzaladığı prezident fərmanının əhəmiyyətini xüsusi vurğuladı.

Konfransda kollecin müəllimləri Ceyhun Abdullayev, Qurban Vahidov, Çingiz Nəbiyev, Sahib Hüseynov və Eldar Dərişov 31 mart hadisələrinin müxtəlif məqamlarına həsr edilmiş maraqlı məruzələrlə çıxış etdilər.

Konfransın sonunda kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə 31 mart soyqırımına həsr edilmiş ədəbi-bədii kompazisiya tələbələrin ifasında təqdim olundu.


 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 986

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Ekskursiya
2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.

Mingəçevir Turizm Kollecinin əməkdaşları Mingəçevir şəhər nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun işğaldan sonra yenidən qurulan Cocuq Mərcanlı kəndini ziyarət edib
Məlum aprel döyüşləri zamanı Lələ-təpə yüksəkliyinin düşməndən geri alınması nəticəsində təhlükəsizliyi təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu gün yeni dirçəliş dönəmini yaşayır.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci