ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin “Novruz” bayramı

Bahar fəslinin ölkəmizə qədəm qoyması Mingəçevir Turizm Kollecində martın 19-da keçirilmiş möhtəşəm “Novruz” şənliyi ilə qeyd olundu.


 

       Bahar fəslinin ölkəmizə qədəm qoyması Mingəçevir Turizm Kollecində martın 19-da keçirilmiş möhtəşəm “Novruz” şənliyi ilə qeyd olundu. Bayram münasibətilə bütün tədris qrupları tərəfndən hazırlanmış divar qəzetləri və rəsm əsərlərinndən ibarət stendlər və guşələr nümayiş olundu. İdman və GÇQH fənn komissiyasının təşkilatçılığı ilə “Novruz” bayramına həsr olunmuş stol üstü tennis, mini futbol və şahmat yarışları keçirilmişdir. Kollecin əsas tədris korpusunun qarşısındakı ərazidə qoyulmuş masalar tələbələrin hazırladığı bayram xonçaları və səmənilərlə bəzədilmişdi. Bayram mərasimi Azərbaycanın dövlət himninin söylənməsi ilə başlandı.

        Bayram tədbirində giriş nitqi ilə çıxış edən kollecin direktoru i.e.d. prof. Ə.A.Əyyubov pedaqoji kollektivi və bütün xalqımızı “Novruz” bayramı münasibətilə təbrik etdi, vətənimizə ruzi-bərəkət və əmin-amanlıq arzuladığını dilə gətirdi.

        Tədbirin musiqili nömrələri tələbələrin ifasında “Yallı” rəqsinin nümayişi ilə başlandı. Kollecin bədii özfəaliyyət qrupunun fəal üzvləri Ülviyyə, Aydın və Hüseynin ifasında şən ovqatlı bayram nömrələri və musiqili duetlər bir-birini əvəz edirdi. Rəqs qrupunun üzvləri isə milli rəslər, ritmik rəqs və avar rəqsini bayram iştirakçılarına təqdim etdilər. Milli geyimli süvari gənclərin meydana atlarla daxil olması, atlı dəstəsi üzvlərinin ifasındakı şux ritmik rəqs də maraqla qarşılandı. Dədə Qorqudun və Bahar qızının bayram təbriki, “Novruz”un əsas personajları olan Keçəl və Kosanın şux zarafatları tədbirə xüsusi rəng qatdı.

       “Novruz” şənliyi bayram tonqalının alovlandırılması ilə başa çatdı.  


 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 6114

                                

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci