ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü

Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.


Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir. Təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq bütün tədris qruplarında Xocalı faciəsinə həsr olunmuş dərslər keçirilmiş, eləcə də ayrı-ayrı struktur bölmələrində dəyirmi masalar, diskussiyalar keçirilmişdir. Ayrı-ayrı qruplar tərəfindən faciəni özündə əks etdirən rəsm əsərləri və divar qəzetləri hazırlanaraq xüsusi ayrılmış guşələrdə nümayiş etdirilmişdir. Fevralın 25-də Mingəçevir Turizm Kollecində YAP 38 saylı ərazi təşkilatının iştirakı ilə “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov Xocalı faciəsinin daima xatırlanmasının, Xocalı şəhidlərinin xatirəsinin anılmasının əhəmiyyətindən bəhs etdi. Xalqımızın milli yaddaşında bu faciənin yerini dəyərləndirdi. Faciə haqqında həqiqətin dünyaya tam olaraq çatdırılması üçün dövlətimizin apardığı fəaliyyəti xüsusi olaraq qeyd etdi. Daha sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirildi. Konfransda i.e.n. dos. İbrahim Əyyubov, müəllimlər Yeganə Talıbova, Çinarə Allahverdiyeva, Ramilə İbrahimova, Aygül Rəhimova və Aygün Orucova mövzunun müxtəlif aspektlərinə dair maraqlı məruzələrlə çıxış etdilər. Konfransın sonunda kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə Xocalı soyqırımı mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiya tələbələrin ifasında nümayiş etdirildi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1319

                                

Paylaş      

SON BAXILANLAR

Diskussiya
Mingəçevir Turizm Kollecində vaxtaşırı olaraq tələbələrin seçdikləri ixtisaslar üzrə təhsillərini davam etdirmələri, ixtisas səviyyələrini yüksəltmələri, işlə təmin olunmaları və başqa aktual mövzular üzrə seminarlar və diskussiyalar təşkil olunur.

Dövlət müstəqilliyi günü qeyd olundu
Kollecdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Bilik Yarışı keçirilib.
Mingəçevir Turizm KollecindəAzərbaycanın dövlət müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş tədbirlər proqramına uyğun olaraq oktyabrın 15-də “Müstəqilliyimiz qürurumuzdur” mövzusunda bilik yarışı keçirilib.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin kollektivi “Soyuq Bulaq” istirahət mərkəzində
Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci